İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyədə xilasetmə qrupları İstanbul sahillərində batan yük gəmisinin 10 nəfərlik ekipajını tapmaq üçün axtarış-xilasetmə əməliyyatını davam etdirir. VOA məlumat verir ki,hadisə çərşənbə günü Mərmərə dənizində, İstanbulun qərbində yerləşən İmralı adası yaxınlığında baş verib. “FG SEVIL” adlı yük gəmisinin batmasından sonra 3 ekipaj üzvü xilas edilib.
Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib
Bəhreyn Sahil Mühafizəsi ölkənin ərazi sularında gəmi hərəkətinə yeni məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, hər gün saat 18:30-dan 04:00-dək bütün gəmilərin hərəkəti qadağan olunacaq. Rəsmi açıqlamada bu qərarın səbəbi izah edilməyib. Son günlər bölgədə təhlükəsizlik risklərinin artdığı müşahidə olunur. Körfəz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirirlər. Bəhreyn də bu addımları həmin proses çərçivəsində atır. Məhdudiyyətlərin nə vaxta qədər qüvvədə qalacağı açıqlanmayıb. Rəsmi qurumların əlavə məlumat verməsi gözlənilir.