Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım
Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyərək ölkədə beynəlxalq kart sisteminin fəaliyyətinin bərpa olunduğunu simvolik şəkildə nümayiş etdirib. Hadisə uzun illər beynəlxalq sanksiyalar altında qalan Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım kimi təqdim olunur.
Suriya ABŞ qüvvələrinin istifadə etdiyi bütün mövqelərin boşaldıldığını açıqladı
Suriya hakimiyyəti ölkə ərazisində ABŞ qüvvələrinin istifadə etdiyi bütün hərbi obyektlərin boşaldıldığını və dövlət nəzarətinə verildiyini bəyan edib.Rəsmi Dəməşq tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ hərbi kontingentinə aid bütün mövqelər artıq tərk edilib və həmin ərazilər Suriya dövlət qurumlarına təhvil verilib. Məlumatda qeyd olunur ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik
ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib. Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib. Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.
Şara, Əl-Qaidənin ABŞ-yə hücumu ilə bağlı verilən suala münasibət bildirib
ABŞ-yə səfəri çərçivəsində “Fox TV”nin proqramına qatılan Suriya Prezidenti Əhməd Şara, 11 sentyabr terror hücumları ilə bağlı ona ünvanlanan suala cavab verib.
ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb
ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. Trend-in məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki liderin görüşünün yerli vaxtla saat 19:00-da başladığı və görüşün mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.
Əş-Şaraa Vaşinqtona səfər edəcək
Suriya Prezidenti Əhməd əş-Şaraa 10 noyabr tarixində Vaşinqtona səfər edəcək və Ağ Evə rəsmi ziyarət həyata keçirən ilk Suriya dövlət başçısı olacaq. Bu barədə ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Bəhreynin paytaxtı Manamada “Axios” nəşrinə verdiyi müsahibədə bildirib. Barak bildirib ki, əş-Şaraanın ABŞ Prezidenti Donald Tramp ilə planlaşdırılan görüşündə və səfər çərçivəsində tərəflərin təhlükəsizlik və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
ABŞ-nin sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb-Suriyalı nazir
ABŞ-nin Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb. Bu haqda İstanbulda keçirilən TRT World Forum 2025-də iştirak edən Suriya İnformasiya naziri Həmzə Əl Mustafa məlumat verib. Nazir, foruma bu dəfə “yeni Suriya rəhbərliyini təmsil edən nümayəndə” kimi qatıldığını qeyd edib.
Suriya Prezidenti Əhməd əş-Şəraa ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb
Suriya Prezidenti Əhməd əl-Şəraa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüş keçirib. Bu görüş Suriya ilə Qərb arasında münasibətlərin genişlənməsi və ölkənin beynəlxalq təcriddən çıxışında mühüm addım kimi qiymətləndirilir.
Suriya XİN rəhbəri Şeybani 25 ildən sonra ilk dəfə Vaşinqtona səfər edir
Şeybaninin Vaşinqtona bu səfəri 25 ildən artıq müddətdən sonra bir Suriya xarici işlər nazirinin ABŞ-a ilk səfəri olacaq. Səfər həm də ABŞ-ın İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması əldə etmək üçün vasitəçilik cəhdləri fonunda baş tutur.