15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Trampın nümayəndəsi Tomas Barak Suriya ilə münasibətləri bərpa edir

29 May 2025 17:34
Trampın nümayəndəsi Tomas Barak Suriya ilə münasibətləri bərpa edir

BAKI, AzerVoice

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bu gün Suriyanın paytaxtı Dəməşqə səfər edib.

AzerVoice xəbər verir ki, bu, 13 ildən sonra ABŞ-dan Suriyaya ilk yüksək səviyyəli diplomatik səfər kimi tarixə düşür.

Barak səfəri zamanı ABŞ səfirinin Dəməşqdəki iqamətgahında keçirilən bayraq qaldırma mərasimində iştirak edib.

Suriya Xarici İşlər və Mühacirlər naziri Əsəd Həsən əl-Şaibani ilə birgə iqamətgahın rəsmi açılışını edən Barak, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açıldığını bildirib. Xatırladaq ki, ABŞ-ın Suriyadakı sonuncu səfiri Robert Ford idi və o, 2011-ci ildə Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlar fonunda ölkədən geri çağırılmışdı.

ABŞ prezidenti Donald Trampın Barakı rəsmi olaraq Suriya üzrə xüsusi nümayəndə təyin etməsindən bir neçə saat sonra baş tutan səfər, Vaşinqtonun Suriyanın yeni rəhbərliyi ilə münasibətləri bərpa etmək cəhdləri kimi qiymətləndirilir. “Barak ekstremizmi dayandırmaq və Yaxın Şərqdə sülhə nail olmaq üçün böyük potensiala malikdir.” - deyə Tramp ABŞ Dövlət Departamentinin X platformasındakı paylaşımında deyib.

Barakın təyinatı və səfəri, Trampın mayın 14-də Ər-Riyadda Suriya prezidenti Əhməd əl-Şaara ilə görüşündən və sanksiyaların ləğvini elan etməsindən sonra baş verib. Həftə sonu İstanbulda keçirilən görüşdə Barak əl-Şaara və əl-Şaibani ilə də bir araya gəlib.

Qeyd edək ki, ABŞ və Suriya arasında münasibətlər 2011-ci ildə vətəndaş müharibəsinin başlanması və ABŞ-ın Bəşər Əsədə qarşı sanksiyalar tətbiq etməsindən sonra pisləşmişdi. ABŞ diplomatik heyətinin Dəməşqə geri dönməsi münasibətlərin normallaşmasında mühüm addım kimi qiymətləndirilir.

Məqalədə: #ABŞ #Donald Tramp #Suriya #Dəməşq #Ehud Barak #Əhməd Əl-Şaraa #Suriya və ABŞ əməkdaşlığı #Suriya ABŞ münasibətləri #Bəşər Əsədin süqutundan sonra Suriya #Suriya ABŞ barışığı #Tomas Barak #Tomas Barak Suriya üzrə nümayəndə

Mövzu üzrə digər xəbərlər

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
Suriya

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir

15:18
Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir
Suriya

Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir

10:59
Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb
Suriya

Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb

10:39
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb

14 Sentyabr 21:33

Son Xəbərlər

Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
15:27
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
15:08
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
15:00
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.