4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Nazino faciəsi: SSRİ tarixinin ən dəhşətli sağ qalma eksperimenti

Sovet İttifaqı tarixində çoxlu qaranlıq məqamlar var: QULAQ, repressiyalar, güllələnmə poliqonları. Lakin xəritədə elə bir nöqtə var ki, oradan sağ çıxanlar belə, bu barədə ömür boyu susublar. Bu, insanla heyvan arasındakı sərhədin cəmi bir həftəyə yox olduğu yer – Nazino adasıdır.

9 Mart 2026 14:52
Nazino faciəsi: SSRİ tarixinin ən dəhşətli sağ qalma eksperimenti

BAKI,VOA

Sovet İttifaqı tarixində çoxlu qaranlıq məqamlar var: QULAQ, repressiyalar, güllələnmə poliqonları. Lakin xəritədə elə bir nöqtə var ki, oradan sağ çıxanlar belə, bu barədə ömür boyu susublar. Bu, insanla heyvan arasındakı sərhədin cəmi bir həftəyə yox olduğu yer – Nazino adasıdır.

Yerli sakinlər üçün bura həmişəlik "Ölüm adası" olaraq qalıb, NKVD-nin məxfi sənədlərində isə bu məkan "1 nömrəli xüsusi yaşayış məntəqəsi" kimi qeyd olunub.

Heç nədən başlayan son

Təsəvvür edin: 1933-cü ilin may ayı. Moskva küçələri ilə gedirsiniz. Bəlkə çörək almağa çıxmısınız, bəlkə də görüşə tələsirsiniz. Birdən sizə iki nəfər formalı şəxs yaxınlaşır: "Sənədləriniz!". Pasportunuz yanınızda deyil. Elə həmin an yük maşınına mindirilirsiniz və bu, həyatınızın sonunun başlanğıcı olur. Sizi milis bölməsinə aparmırlar, evdən əşyalarınızı götürməyə icazə vermirlər. Birbaşa eşalona yükləyib minlərlə kilometr uzağa, Sibir tayqasının dərinliklərinə göndərirlər.

Orada, Ob çayının ortasındakı boş bir adada 6000-dən çox insan ac, susuz və sığınacaqsız vəziyyətdə taleyin ümidinə buraxılır. Soyuq hava və azğın cinayətkarlarla üz-üzə qalan bu insanların başına gələnlər təsvirəgəlməzdir. Bir ay sonra ora komissiya gələndə gördükləri mənzərə ən dözümlü kişiləri belə dəhşətə gətirəcəkdi.

"Artıq insanlar" planı

Hər şey 1933-cü ilin əvvəlində başladı. SSRİ vahid pasport sisteminə keçirdi. QULAQ rəhbəri Matvey Berman Stalinə böyük bir plan təklif etdilər: Moskva və Leninqradı "lazımsız elementlərdən" – dilənçilərdən, evsizlərdən və spekulyantlardan təmizləmək.

Lakin milisə plan doldurmaq tapşırığı verildiyi üçün yoldan keçən hər kəsi tutmağa başladılar. Tutulanlar arasında 3 dəfə mükafat almış zavod sürücüsü, cibində teatr bileti olan tələbə, vağzalda anasından azan 12 yaşlı qız da var idi. Onları heyvan kimi vaqonlara doldurub 2 həftə müddətində yol apardılar. Tomsk həbsxanasında isə bu çarəsiz insanların yanına ağır cinayətkarları – qatilləri və oğruları qatdılar.

Nazino adasında cəhənnəm

18 may 1933-cü ildə barjalar Nazino adasına yan aldı. Bura cəmi 3 km uzunluğu və 500 metr eni olan dar bir quru parçası idi. Nə bir barak, nə çadır, nə də mətbəx var idi. İnsanlar aprel ayında Moskvada geyindiyi yüngül paltarlarda – nazik ayaqqabılarda və pencəklərdə Sibirin dondurucu may soyuğuna atıldılar. Elə ilk gecə 295 nəfər donaraq öldü.

Yemək olaraq yalnız dördüncü gün çovdar unu gətirdilər. Çörək deyil, sadəcə un! İnsanlar qablarsız, qaynadılmış susuz o unu çay suyu ilə ayaqqabılarının içində qarışdırıb yeməyə çalışdılar. Bu isə kütləvi dizenteriya və ölümə səbəb oldu.

İnsanlıqdan çıxış: Adamyeyənlik

Adada hakimiyyət cinayətkar qrupların əlinə keçdi. Onlar zəiflərin paltarlarını əlindən alır, qızıl dişlərini zorla sökürdülər. Mühafizəçilər isə insanları əyləncə üçün güllələyirdilər.

Lakin ən dəhşətlisi un bitəndə başladı. Adada adamyeyənlik baş qaldırdı. Əvvəl ölənləri, sonra isə diri insanları ovlamağa başladılar. Arxivlərdə qeyd olunan bir hadisədə, bir mühafizəçinin qoruduğu gənc qızın o, bir neçə saatlıq uzaqlaşarkən cinayətkarlar tərəfindən tutularaq hələ diri ikən ətinin kəsildiyi və yeyildiyi sənədləşdirilib.

Həqiqətin üzə çıxması

Bu cəhənnəm təxminən bir ay davam etdi. Vasili Veliçko adlı gənc bir kommunist təlimatçı adaya yoxlamaya gələndə gördüklərindən şoka düşdü. O, hər şeyi sənədləşdirib şəxsən Stalinə 11 səhifəlik məruzə göndərdi. "Bu, kolonizasiya deyil, məhv etmədir" deyə yazdı.

Məruzə partlayış effekti verdi, komissiya faktları təsdiqlədi. Lakin cəzalar simvolik oldu (1-3 il həbs), sistem isə mühakimə olunmadı. Veliçkonun məruzəsi isə onilliklər boyu "tam məxfi" qrif altında qaldı.

Nazino adasına gətirilən 6000-dən çox insandan yalnız 2000-dən azı sağ qaldı, onlar da ömürlük şikəst oldular. 4000 insan bir neçə həftə ərzində aclıqdan, soyuq və aclıqdan məhv oldu.

Bu gün Nazino adası yenidən boşdur. Çay sahilləri yuduqca bəzən insan sümükləri səthə çıxır. Yerli balıqçılar bura gecələməyə gəlmir və deyirlər ki, burada hətta quşlar da oxumur. Burada yalnız minlərlə günahsız insanın səssiz fəryadı hakimdir.

Məqalədə: #Nazino faciəsi: SSRİ tarixinin ən dəhşətli sağ qalma eksperimenti #Nazino faciəsi #NKVD #QULAQ #Nazino adası #Ölüm adası #SSRİ tarixi #Repressiya #Nazino faciəsi: SSRİ-nin gizli saxladığı Ölüm adasının dəhşətli sirləri #Sibirdə adamyeyənlik cəhənnəmi: 6000 insanın sürgün edildiyi Nazino adasında nə baş verib? #SSRİ-nin ən qanlı eksperimenti: Nazino adasında bir ayda 4000 ölüm #Pasportu olmadığı üçün ölümə göndərilənlər: Nazino faciəsinin şahid ifadələri #Tarixin qanlı ləkəsi: Ölüm adası Nazinoda insanlığın bitdiyi anlar #1933-cü ilin may cəhənnəmi: Nazino adasında sağ qalanların susduğu həqiqətlər

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu
Redaktorun Seçimi

İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

30 Avqust 15:00
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?
Maraqlı faktlar

Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

23 Avqust 16:00

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.