5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

ABŞ Milli Toksikologiya Proqramı 2000-ci ildə spirti "insan kanserogeni" kimi təsnif edib

4 Sentyabr 2026 16:30
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

Hətta minimal miqdarda alkoqol xərçəng riskini artırır

ArabAZ xəbər verir ki, ABŞ-da aparılan son araşdırmalar spirtli içkilərin hətta az miqdarda qəbulunun belə birbaşa xərçəng riski yaratdığını təsdiqləyib.

Alkoqol ABŞ-da qarşısı alına bilən xərçəng hallarının üçüncü əsas səbəbi hesab olunur. Statistikaya görə, hər il təxminən 100 min yeni xərçəng hadisəsi və 20 min ölüm halı məhz alkoqol istehlakı ilə bağlıdır. Bu rəqəm yol-nəqliyyat hadisələri ilə əlaqədar alkoqol ölümlərindən 10 dəfə çoxdur.

1980-ci illərdən bu yana aparılan elmi tədqiqatlar spirtin ağız, boğaz, qırtlaq, yemək borusu, qaraciyər, yoğun və düz bağırsaq, eləcə də döş xərçəngi ilə əlaqəli olduğunu göstərir. Mədəaltı vəzi xərçəngi ilə də əlaqə aşkarlanıb.

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi? Bunu da oxuyun Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

ABŞ Milli Toksikologiya Proqramı 2000-ci ildə spirti "insan kanserogeni" kimi təsnif edib. ÜST-ə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə 2012-ci ildə onu ən təhlükəli “Qrup 1” kanserogen maddələr sırasına daxil edib.

Alkoqol bədəndə DNT-yə zərər verərək hüceyrə mutasiyalarına və nəzarətsiz böyüməyə səbəb olur. 2025-ci il üçün hazırlanan ABŞ Baş Cərrahının hesabatına əsasən, alkoqolun xərçəngə yol açması dörd əsas mexanizmlə izah olunur: maddələr mübadiləsi, oksidativ stress və iltihab, hormon səviyyələrinin dəyişməsi, eləcə də tütünlə sinerji təsir.

Xüsusilə asetaldehid adlı maddənin yaranması və sərbəst radikalların artması xərçəng riskini daha da yüksəldir. Alkoqol estrogen səviyyəsini artıraraq döş xərçəngi riskini, A vitamininin azalması ilə isə ümumi həssaslığı artırır.

Ən təhlükəli hallardan biri isə spirt və tütünün birlikdə istifadəsidir. Bu, ağız və boğaz xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, mütəxəssislər təhlükəsiz alkoqol dozasının mövcud olmadığını bildirir. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi qadınlara gündə bir, kişilərə isə iki içkidən artıq içməməyi tövsiyə etsə də, son araşdırmalar göstərir ki, hər qurtum belə xərçəng riskini yüksəldə bilər. Hər kəsin fərdi sağlamlıq və genetik xüsusiyyətləri nəzərə alınaraq alkoqol vərdişlərinə yenidən baxılması tövsiyə olunur.

Məqalədə: #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #ÜST #Xərçəng xəstəliyi #Bunu bilirsinizmi? #Kanserogen maddələr #Spirtli içkilər #Xərçəng riski

Mövzu üzrə digər xəbərlər

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib
Qətər

Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

26 Avqust 21:17
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb
Cəmiyyət

Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

27 İyul 18:16

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.