9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

Azərbaycan ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi tədbirdə mühüm uğur qazanıb. Ölkəmizin təqdim etdiyi poster "Ən yaxşı poster" nominasiyasında mükafata layiq görülüb. Poster səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində həyata keçirilən islahatları əks etdirib. Tədbirdə beynəlxalq təcrübə və keyfiyyət standartları müzakirə olunub. Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum akkreditasiya və keyfiyyətə nəzarət sahəsində əməkdaşlığı genişləndirəcək. Bu nəticə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.

27 İyul 2026 18:16
Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

BAKI,VOA

Azərbaycan nümayəndə heyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəb çərçivəsində ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyəti, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyi sahəsində həyata keçirilən islahatları əks etdirən poster təqdim edib.

VOA xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, pasiyent təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq təcrübənin paylaşılması istiqamətində fikir mübadiləsi aparıblar.

Azərbaycanın təqdim etdiyi poster "Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster" nominasiyasında mükafata layiq görülüb. Bildirilib ki, bu uğur ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin idarə olunması və pasiyent təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Memorandumun səhiyyə müəssisələrinin akkreditasiyası, keyfiyyət standartlarının tətbiqi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri Orxan Şükürov bu ilin may ayında səhiyyə nazirinin əmri ilə bu vəzifəyə təyin olunub. O, daha əvvəl Mərkəzdə sədr müavini kimi fəaliyyət göstərib və ilk "Yüksəliş" müsabiqəsinin finalçılarından biridir.

Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb
Məqalədə: #Azərbaycan #Tacikistan #ÜST #Səhiyyə #Pasiyent təhlükəsizliyi #Akkreditasiya #Orxan Şükürov

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.