13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriya XİN rəhbəri Şeybani 25 ildən sonra ilk dəfə Vaşinqtona səfər edir

Şeybaninin Vaşinqtona bu səfəri 25 ildən artıq müddətdən sonra bir Suriya xarici işlər nazirinin ABŞ-a ilk səfəri olacaq. Səfər həm də ABŞ-ın İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması əldə etmək üçün vasitəçilik cəhdləri fonunda baş tutur.

18 Sentyabr 2025 13:31
Suriya XİN rəhbəri Şeybani 25 ildən sonra ilk dəfə Vaşinqtona səfər edir

BAKI, AzerVoice, Fərid Mikayılov

Suriya Xarici İşlər Naziri Əsəd Şeybani ABŞ-a səfər edəcək.

AzerVoice xəbər verir ki, məqsəd Suriyaya qarşı qüvvədə qalan sanksiyaların tamamilə ləğv olunması və bölgədə təhlükəsizlik əməkdaşlığı məsələlərinin müzakirəsidir.

Şeybaninin Vaşinqtona bu səfəri 25 ildən artıq müddətdən sonra bir Suriya xarici işlər nazirinin ABŞ-a ilk səfəri olacaq. Səfər həm də ABŞ-ın İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması əldə etmək üçün vasitəçilik cəhdləri fonunda baş tutur.

ABŞ senatoru Lindsey Qraham, açıqlamasında, bu gün bir neçə senatorla birlikdə Şeybani ilə görüşərək “Sezar sanksiyalarının” qalıcı olaraq aradan qaldırılması məsələsini müzakirə etməyi planlaşdırdıqlarını bildirib.

Sezar sanksiyaları nədir?

2020-ci ilin iyununda qüvvəyə minən “Sezar Suriya Mülki Müdafiə Qanunu” Suriyanı və xüsusən də enerji, inşaat və maliyyə sahələrində Suriya əməkdaşlıq edənləri hədəf alır. Qanun adını işgəncə qurbanlarının fotolarını sızdıran keçmiş suriyalı hərbi qulluqçudan götürüb.

ABŞ prezidenti Donald Tramp administrasiyası müəyyən dövrlərdə müvəqqəti güzəştlər tətbiq etsə də, onların tam ləğvi üçün yalnız Konqresin səsverməsi tələb olunur. Senator Qraham isə dəstəyi üçün Suriyanın İŞİD-ə qarşı koalisiyaya rəsmi qoşulmasını və İsraillə təhlükəsizlik razılaşması imzalamasını şərt qoyduğunu deyib.

Şeybani cümə günü həmkarı Marko Rubio ilə də görüşəcək. Bundan öncə isə o, Londonda İsrailin Strateji İşlər naziri Ron Dermerlə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Məqalədə: #ABŞ #Suriya #ABŞ Dövlət Departamenti #Dəməşq #Vaşinqton #Əsəd Həsən Şeybani #Suriya ABŞ münasibətləri #Sezar Suriya Mülki Müdafiə Qanunu

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.