15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

Səudiyyə Ərəbistanı Qadınlar Premyer Liqasının açılış turunda "Ət-Tərəci"ni 5:1 hesabı ilə darmadağın edən "Əl-Əhli" turnir cədvəlinin lideri olub.

13 Sentyabr 2026 07:55
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

Səudiyyə Ərəbistanı Qadınlar Premyer Liqasının açılış turunun oyunlarından sonra "Əl-Əhli" komandası top fərqinə görə turnir cədvəlinin vahid lideri olub. Çempionatın ilk həftəsi bir sıra maraqlı və bol qollu qarşılaşmalarla yadda qalıb.

ArabAZ xəbər verir ki, turnirdə mübarizəyə start verən "Ən-Nəsr" klubu Ər-Riyadda yerləşən öz stadionunda "Neom" komandası ilə qarşılaşıb. Görüş "Ən-Nəsr"in 3:0 hesablı qələbəsi ilə başa çatıb və paytaxt təmsilçisi çempionluq yolunda ilk üç xalını aktivinə yazdırıb.

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır Bunu da oxuyun Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

Ər-Riyadda baş tutan digər prinsipial oyunda isə "Əl-İttihad" Tibbi Yardım Kollecinin stadionunda "Əl-Hilal"ı 3:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə "Əl-İttihad" top fərqinə görə "Əl-Əhli" və "Ən-Nəsr"dən sonra üçüncü pillədə qərarlaşıb.

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb Bunu da oxuyun Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

Turun ən məhsuldar matçında "Ət-Tərəci" doğma meydanda "Əl-Əhli"yə 1:5 hesabı ilə məğlub olub. Qonaq komandanın qollarını Şinaza (iki qol), Rut Bravo, Danə Fəhd və Məha Məhəmməd vurub. Meydan sahiblərinin yeganə qoluna isə müdafiəçi Acicbina imza atıb. Mədinədə baş tutan digər qarşılaşmada isə "Əl-Qadisiyyə" səfərdə "Əl-Ula" üzərində minimal hesablı çətin qələbə qazanıb. Matçın 52-ci dəqiqəsində komandanın yeni ispaniyalı transferi Ester Qonsales qələbə topunu qapıdan keçirib.

İlk turun yekunlarına əsasən, "Əl-Əhli" topladığı üç xal və dörd top fərqi ilə yarış cədvəlinə başçılıq edir. Eyni xala malik "Ən-Nəsr", "Əl-İttihad" və "Əl-Qadisiyyə" müvafiq olaraq sonrakı pillələri bölüşürlər. Açılış oyunlarında məğlubiyyətlə üzləşən "Əl-Ula", "Əl-Hilal", "Neom" və "Ət-Tərəci" isə birinci turdan sonra xalsız qalıb.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Azərbaycan Premyer Liqası #Neom #Neom 2029 Qış Oyunları #Neom Qış Oyunları loqosu #Snoubord yarışları Neom #Əl-İttihad #Əl-Hilal #Ən-Nəsr #Əl-Əhli #Səudiyyə Ərəbistanı Qadınlar Premyer Liqasında ilk turun oyunları keçirilib #Əl-Əhli qadın futbol komandası turnir cədvəlinə başçılıq edir #Qadınlar Premyer Liqası #Əl-Qadisiyyə #qadın futbolu #Ester Qonsales #Saudi Women's Premier League #Al-Ahli women #Al-Qadsiah

Mövzu üzrə digər xəbərlər

İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər
Körfəz Əməkdaşlıq Şurası

İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər

14 Sentyabr 21:20
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
ArabSport

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək

14 Sentyabr 20:17
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

13 Sentyabr 08:28
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.