“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
“Əl-İttihad” “Telfaz 11” ilə tərəfdaşlıq edərək film, serial və digər əyləncə məzmunlarının istehsalına başlayır.
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Ərəbistanı Peşəkar Liqasında transfer pəncərəsi Əl-Hilal üçün uğurlu, digər böyük klublar üçün isə idarəetmə və transfer problemləri ilə yadda qalıb.
Məhəmməd Salahın yeni klubu hansı olacaq?
Dünya futbolunun ən böyük ulduzlarından biri olan Məhəmməd Salah gələn həftə özü üçün olduqca nadir bir vəziyyətlə qarşılaşa bilər. ArabAZ xəbər verir ki, “The Athletic” şəbəkəsinin məlumatına görə, misirli hücumçunun “Liverpul” ilə müqaviləsi iyunun 30-da başa çatır və o, növbəti klubu hələ də məlum olmadan 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində mübarizə aparacaq.
Liviya kubokunda erkən final
Hər iki komanda yarımfinala qədər inamlı oyun nümayiş etdirərək gəlib. Liviya futbolunun iki nəhəngi arasındakı bu derbi təkcə finala vəsiqə uğrunda deyil, həm də paytaxt Tripolinin “ağası” olmaq uğrunda bir savaşdır. Püşkatmanın nəticələrinə görə, turnirin digər yarımfinal cütlüyündə isə daha az iddialı, lakin sürprizlərə açıq komandalar mübarizə aparacaq.
Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib
Fənərbaxça Klubunun prezidenti Sadettin Saran dünya futbolunun tanınmış ulduzlarından olan Enqolo Kantenin transferinin uğurla yekunlaşması münasibətilə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Saran bununla bağlı yaydığı açıqlamada Kante transferinin həm Fənərbaxça, həm də ümumilikdə Türk futbolu üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Benzema “Əl-Hilal” futbol klubu ilə müqavilə imzaladı
Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
"İnter" fransalı futbolçunu transfer etməyəcək
BAKI, AzerVoice Mussa Diabi mövsümün sonunadək “Əl-İttihad”da qalacaq.
“Əl-İttihad”ın prezidenti Messini hələ də kluba cəlb etmək istədiyini bildirib
Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidenti Ənmar Əl-Xayli hələ də Lionel Messi ilə müqavilə imzalamaq arzusunda olduğunu açıqlayıb. O, 2023-cü ildə Messinin PSJ-dən ayrıldıqdan sonra hazırda “İnter Mayami”nin formasını geyinən hücumçuya edilən təklifi xatırladıb.
Kante Əl-İttihadla yollarını ayırır
Kante iki mövsüm əvvəl Çelsidən ayrılaraq Əl-İttihada keçib. Zədələrə baxmayaraq, komandanın aparıcı oyunçularından birinə çevrilmiş, bütün turnirlərdə 80 oyuna çıxmışdı. Onun sabit çıxışları həmçinin Fransa millisinin baş məşqçisi Didye Deşamın planlarında da yer almağa davam etməsinə şərait yaradıb.