13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib

Fənərbaxça Klubunun prezidenti Sadettin Saran dünya futbolunun tanınmış ulduzlarından olan Enqolo Kantenin transferinin uğurla yekunlaşması münasibətilə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Saran bununla bağlı yaydığı açıqlamada Kante transferinin həm Fənərbaxça, həm də ümumilikdə Türk futbolu üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

4 Fevral 2026 11:54
Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Fənərbaxça Klubunun prezidenti Sadettin Saran dünya futbolunun tanınmış ulduzlarından olan Enqolo Kantenin transferinin uğurla yekunlaşması münasibətilə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

AzerVoice xəbər verir ki, Saran bununla bağlı yaydığı açıqlamada Kante transferinin həm Fənərbaxça, həm də ümumilikdə Türk futbolu üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Klub prezidenti qeyd edib ki, bu prosesin müsbət nəticələnməsində Ərdoğanın verdiyi dəstək xüsusi rol oynayıb.

Saran vurğulayıb ki, dünya səviyyəli futbolçunun transferi Fənərbaxçanın beynəlxalq nüfuzunun artmasına, eləcə də Türkiyə futbolunun rəqabət qabiliyyətinin güclənməsinə xidmət edəcək.

Klub rəhbəri açıqlamasında Fənərbaxça azarkeşlərinin transfer prosesi boyunca göstərdiyi dəstəyə də toxunaraq bildirib ki, azarkeşlərin inamı və birliyi klub üçün ən böyük motivasiya mənbəyidir. Onun sözlərinə görə, bu birlik bundan sonrakı mərhələdə meydanda da öz nəticəsini göstərəcək.

Sadettin Saran sonda qeyd edib ki, məqsəd Fənərbaxçanı həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlara daşımaqdır və bu yolda klub rəhbərliyi, futbolçular və azarkeşlər birlikdə mübarizə aparacaq.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi Fənərbaxçaya transfer olunmazdan əvvəl Səudiyyə Ərəbistanının Əl-İttihad komandasında çıxış edib və həm klub, həm də milli səviyyədə mühüm uğurlara imza atıb.

Eyni zamanda xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanına rəsmi səfər edib və paytaxt Ər-Riyadda Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman ilə görüş keçirib. Görüş zamanı Türkiyə–Səudiyyə Ərəbistanı münasibətləri, iqtisadi əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Fənərbaxça #Enqolo Kante #Əl-İttihad

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.