BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və regional vəziyyəti müzakirə ediblər.
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzvü olan ölkəsinin Çin və Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku — Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
“Şanxay Əməkdaşlıq Təşkilatı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq”.
Ərdoğan Bişkekə gedir
Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı Dövlət Başçıları Zirvəsi bu gün Qırğızıstanın paytaxtı Bişkekdə başlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvədə iştirak edəcək və genişləndirilmiş tərkibdə keçiriləcək iclasda çıxış edəcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsində iştirak etmək üçün Bişkekə səfər edəcək.
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış “Məkkə müdafiə sazişi” çərçivəsində yaradılan Siyasi və Müdafiə üzrə Strateji Komitənin ilk iclası avqustun 31-də İstanbulda keçiriləcək. İclasda üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisləri iştirak edəcək. Görüş sazişin imzalanmasından sonra onun praktiki mexanizmlərinin formalaşdırılması baxımından ilk mühüm mərhələ hesab olunur.
Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 104-cü ildönümü münasibətilə müraciət yayıb. Ərdoğan mesajında 30 Avqust Zəfərinin Türkiyənin müstəqilliyini və ərazi bütövlüyünü təsdiqləyən tarixi qələbə olduğunu bildirib. O, Türkiyənin qarşıya qoyduğu hədəflərə birlik və həmrəylik şəraitində doğru irəlilədiyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramının 104-cü ildönümü münasibətilə müraciət yayıb. O, Türkiyə vətəndaşlarını, Şimali Kipr türk xalqını və xaricdə yaşayan türkiyəliləri bayram münasibətilə təbrik edib. Ərdoğan Böyük Zəfərin Türkiyə Cümhuriyyətinin yaradılmasına gedən yolu açdığını vurğulayıb. Prezident 104 il əvvəl nümayiş etdirilən əzm və qətiyyətin bu gün də Türkiyənin əsas güc mənbələrindən biri olduğunu bildirib. O, Türkiyənin energetika, müdafiə sənayesi, elm, texnologiya və xarici siyasət sahələrində inkişafını davam etdirdiyini qeyd edib. Ərdoğan ölkəsinin haqqın, hüququn, ədalətin, sülhün və sabitliyin tərəfində dayanacağını bildirib. Türkiyə Prezidenti birlik və həmrəylik şəraitində “Türkiyə Yüzili”nin qurulmasının davam etdiriləcəyini vurğulayıb. O, Mustafa Kamal Atatürkü və silahdaşlarını ehtiramla yad edib, şəhidlərə rəhmət, qazilərə isə minnətdarlıq ifadə edib.
Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib
Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında bərpa olunan enerji stansiyası layihələrinə dair 3 fevral 2026-cı ildə Ər-Riyadda imzalanmış Hökumətlərarası Saziş rəsmi olaraq təsdiqlənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqust 2026-cı il tarixli qərarı "Resmi Gazete"də dərc edilərək qüvvəyə minib.
İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?
Suriyada YPG/SDQ-nin silahlı qüvvələrini ləğv edərək Suriya ordusuna inteqrasiya qərarı İsrail mətbuatında Türkiyə üçün böyük diplomatik və hərbi uğur kimi qiymətləndirilib. İsrailin “Maariv” qəzetində yayımlanan təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya istiqamətində həyata keçirdiyi siyasətin Ankara üçün mühüm nəticələr doğurduğu bildirilib. Təhlildə YPG/SDQ-nin muxtariyyət iddialarından geri çəkilərək silahlı qüvvələrinin Suriya ordusuna daxil edilməsinə razılaşması Türkiyənin bölgədəki təsirinin göstəricisi kimi təqdim olunub.
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində açılması ilə bağlı qərar imzalayıb. Qərar İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycanın Qarabağ Universitetinin nəzdində yaradılmasını nəzərdə tutur. Türkiyənin avqustun 27-də dərc olunan rəsmi qərarlar siyahısında da 11647 nömrəli sənəd məhz bu adla yer alıb.
Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?
Hadisə bombardmandan bir neçə gün əvvəl başladı. İsraillilər amerikalılara kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əz-Zühur bazasında hərbi vasitələr yerləşdirmək üçün hərəkətə keçdiyini bildirdilər. Vaşinqton məsələni araşdırdı və cavabında əlindəki məlumatların Təl-Əvivin iddialarını təsdiqləmədiyini bildirdi. Bundan sonra Amerika İsrailin narahatlığını aradan qaldırmaq və eskalasiyanın qarşısını almaq üçün "Mossad", Dəməşq və Ankara arasında təmaslara vasitəçilik etdi. İki gün sonra Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani ABŞ nümayəndəsi Tom Barak ilə İstanbulda görüşdü. Həmin vaxt ölkənin mərkəzində, Tədmur yaxınlığındakı bazanın vurulmasından əvvəl olduğu kimi, böhranın yatırılacağı ehtimal edilirdi. Hətta ilin əvvəlindən dayandırılmış Suriya-İsrail danışıqlarının yenidən bərpa olunacağı və ümumi təhdidlərə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi üçün Əmmanda yaradılmış "Əlaqələndirmə Mərkəzi"nin inkişaf etdiriləcəyi düşünülürdü.
Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib
Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu haqqında İnterpolun qırmızı bildirişinin çıxarılmasına çalışacaq. Məsələ Qəzzaya humanitar yardım aparan donanmanın İsrail tərəfindən dayandırılması ilə bağlı Türkiyədə açılmış cinayət işi çərçivəsində gündəmə gəlib. Türkiyə məhkəməsi Netanyahu və digər şübhəli barədə həbs qərarı çıxarıb. İttihamlar arasında soyqırımı, insanlıq əleyhinə cinayətlər və işgəncə yer alır. İş ümumilikdə 35 nəfəri əhatə edir. Ankara Netanyahu barədə beynəlxalq axtarış imkanının yaradılmasını istəyir. İnterpol müraciəti araşdırdıqdan sonra qırmızı bildirişin verilməsi barədə qərar qəbul edəcək. İsrail Netanyahunun ofisi vasitəsilə Türkiyənin addımını rədd və sərt şəkildə tənqid edib.