9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

Əgər bu siyasət uğurlu olarsa, İraqda siyasi mübarizə məzhəb qütbləşməsindən çıxaraq vətəndaşlıq hüquqları müstəvisinə keçə bilər.

7 Sentyabr 2026 15:58
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

ArabAZ Analitik Təhlil Mərkəzi

İraqda növbəti parlament və ümumi seçkilər yaxınlaşdıqca, dövlət qurumları məzhəbçi və təfriqəçi ritorikanın yenidən siyasi mübarizə meydanına qayıtmasının qarşısını almaq üçün qəti addımlar atmağa başlayıb. İraq Ali Məhkəmə Şurası istintaq məhkəmələrinə və Baş Prokurorluq orqanlarına mediada və sosial şəbəkələrdə məzhəb ayrı-seçkiliyi ehtiva edən ifadə və terminlərin istifadəsini yaxından izləməyi tapşırıb. Göstərişə əsasən, siyasi və ya şəxsi maraqlar naminə cəmiyyətdə fitnə və nifaq salmaq üçün bu cür çağırışlardan istifadə edən şəxslərə qarşı dərhal qanuni tədbirlər görüləcək.

İran rejiminin gələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya Bunu da oxuyun İran rejiminin gələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

Bu təşəbbüs olduqca həssas bir mərhələdə gündəmə gəlib. Hakim koalisiya sayılan "Dövləti İdarəetmə Koalisiyası" son iclasında məzhəbçi ritorikanı qətiyyətlə rədd etdiyini və Konstitusiyaya, eləcə də qanunvericiliyə zidd olan bu cür çıxışları təbliğ edənlərin mütləq məsuliyyətə cəlb olunacağını bəyan etmişdi. Bu addımın seçki kampaniyası ilə birbaşa əlaqəli olduğu aydındır; belə ki, İraqda seçki prosesləri əksər hallarda tərəfdarları səfərbər etmək üçün alt-kimliklərin, məzhəb və bölgə ziddiyyətlərinin qabardıldığı bir platformaya çevrilir.

Sosial media məkanının genişlənməsi ilə məzhəbçi çıxışlar artıq yalnız rəsmi siyasi bəyanatlar və partiya tribunaları ilə məhdudlaşmır; qısa videolar, paylaşımlar və rəqəmsal kampaniyalar vasitəsilə sürətlə yayılaraq ictimai gərginliyi qızışdırır. Məhkəmə sisteminin prosesə birbaşa müdaxiləsi məsələni siyasi və ya dini nəsihətlər səviyyəsindən birbaşa cinayət və hüquqi məsuliyyət müstəvisinə çıxarır. Rəqəmsal platformalarda müqəddəs rəmzlərin və dini şəxsiyyətlərin qarşılıqlı təhqir olunmasının artması seçki yarışının proqram və islahatlar üzərində deyil, məzhəb qarşıdurması zəminində aparılacağı barədə narahatlıqları yenidən alovlandırıb. İllərlə davam etmiş daxili məzhəb müharibələrinin acı xatirələrini hələ də unutmayan İraq cəmiyyəti üçün bu cür qızışdırıcı çağırışlar son dərəcə təhlükəlidir.

Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi? Bunu da oxuyun Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?
İraq ABŞ və İran arasında necə siyasət yürüdür? Bunu da oxuyun İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

Buradakı ən böyük çətinlik məzhəbçi çıxışların hər zaman açıq və birbaşa olmamasıdır. Bu ritorika çox vaxt tarixi məzlumiyyət iddiaları, (əsasən şiələrin çox istifadə etdiyi) müəyyən ictimai təbəqələrə şübhə ilə yanaşma, dini simvollardan sui-istifadə və ya siyasi rəqibi siyasi layihə rəqibi kimi deyil, yad bir məzhəb və ya bölgənin nümayəndəsi kimi təqdim etmək şəklində gizlənir. Bu baxımdan məhkəmə və hüquq-mühafizə orqanları üçün qanuni siyasi tənqidlə məzhəbçi təhrikçilik arasındakı incə sərhədi müəyyən etmək ən mürəkkəb sınaqlardan biri olacaq.

Təşəbbüsün uğuru açılacaq cinayət işlərinin sayından daha çox, məzhəb nifaqından seçki aləti kimi istifadənin qarşısını almaq çəkindiriciliyindən asılıdır. Məqsəd nifrət nitqinin siyasi qazancını onun yaradacağı hüquqi cəzadan daha baha etməkdir. Eyni zamanda bu tədbirlər siyasi tənqidi boğmaq və rəqibləri susdurmaq vasitəsinə çevrilməməlidir. Qarşıdakı seçkilərdə İraq təkcə seçki qutularının təhlükəsizliyini deyil, həm də siyasi mühitin ümummilli vətəndaşlıq prinsipləri üzərində qalmasını təmin etmək imtahanını verəcək.

Məqalədə: #İraq #radikal təşkilat #İraq hökuməti və radikal qruplar #İraq seçkiləri #Sünni bölgəsi #Sünni qüvvələri #Nigeriyada şiələrə qarşı təzyiqlər #İran Nigeriyada şiələri dəstəkləyir #İŞİD və Nigeriyada şiələr #Nigeriyada şiələrin hüquq pozuntuları #Livan parlamentində şiələr #Sünnilikdə Aşura #şiələr #sünnilər #Radikal şiəlik #Şiələr İrana yox #Şəmsəddin: Şiələr İranın davamçıları deyil #radikal şiə qruplaşmaları #İraq xəbərləri #radikal şiə #İraqda radikal şiələr #radikal şiələr #İraq Ali Məhkəmə Şurası #Dövləti İdarəetmə Koalisiyası #Bağdadda seçki təhlükəsizliyi #Iraq targets sectarian rhetoric ahead of upcoming national elections

Mövzu üzrə digər xəbərlər

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi

12:45
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.