9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

Husi qruplaşmasının başlatdığı son eskalasiya dövründə sıralarına minlərlə azyaşlı uşağı və zorla cəlb edilmiş afrikalı mühacirləri qatması faktı növbəti dəfə ifşa olunub.

9 Sentyabr 2026 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

Husi qruplaşmasının son vaxtlar başlatdığı "eskalasiya müharibəsi"ndən elə bir gün keçmir ki, onun silahlı birləşmələrinin növbəti rüsvayçılıqları üzə çıxmasın.
Bu proses minlərlə aldadılmış yoxsul uşağın, yetkinlik yaşına çatmayanların və yeniyetmələrin bu döyüşə atılmasından başlayaraq, bu müharibəyə cəlb olunma şərtləri şübhə doğuran afrikalı döyüşçülərdən – istər onların radikal meyllərindən sui-istifadə etməklə, istərsə də məcburiyyət və digər yollarla – istifadə edilməsinə qədər uzanır.

Husilər və Əş-Şəbab İsrail əleyhinə ittifaq edir Bunu da oxuyun Husilər və Əş-Şəbab İsrail əleyhinə ittifaq edir

Son bir neçə gün ərzində Yəmən ordusu ölkənin qərb sahilində aparılan hərbi əməliyyatlar zamanı öz qüvvələrinin "terrorçu Husi qruplaşmasının sıralarında döyüşən bir sıra ünsürlərin meyitlərini tapdığını" açıqladı. Dəqiqləşdirmə prosesi nəticəsində onların "Somali terrorçu Əş-Şəbab qruplaşması"na mənsub olduqları məlum oldu ki, bunu da Yəmən hərbi mənbələri "Husi qruplaşması ilə Afrika Buynuzu bölgəsindəki terrorçu qruplar arasında koordinasiya və qarşılıqlı xidmət növü" hesab etdi.

Belə bir məsələ qeyri-mümkün deyil, əksinə, Yəmən və Somalidəki iki radikal qrup arasında kəskin məzhəb fərqinin olmasına baxmayaraq, olduqca mümkündür. Hər ikisi terrorçu kimi təsnif edilsə də, Yəmən silahlı qüvvələri həlak olmuş bu somalililəri "Əş-Şəbab" qrupuna mənsub olmaqda ittiham edərkən hansı sübutlara əsaslandıqlarını aydınlaşdırmadı. Məlumdur ki, "potensial və ya şübhəli terrorçular" bu cür müharibələrdə və ya zorakılıq aktlarında iştirak edərkən onların şəxsiyyətini göstərən sənəd və ya kartlar daşımırlar, lakin bu ittihamın yalnız həmin ölənlərin simasına, cizgilərinə və dəri rənginə əsaslanması da qeyri-mümkündür.

Yəmən husilərdən təmizlənir - qubernator Bunu da oxuyun Yəmən husilərdən təmizlənir - qubernator

Bu somalili gənclər silahlı birləşmələrin sıralarında döyüşən yeganə afrikalılar olmaya bilər; orada efiopiyalılar da var ki, onların qoşulma şərtləri və şəraiti fərqli, fərdi və ya öz ölkələrindəki bəzi silahlı təşkilatlarla əlaqəsiz ola bilər.

Əslində, afrikalıların Yəməndə olması nə qəribədir, nə də yenidir. Bir vaxtlar Yəməndəki somalili qaçqınların sayı təxminən bir milyon nəfərə çatmışdı; onların bəziləri ölkənin müxtəlif şəhərlərində qalaraq bəzi sadə peşələr arxasınca çörəkpulu qazanmağa üstünlük verdi, lakin onların əksəriyyəti Yəməni ya BMT vasitəsilə bir sıra Qərb ölkələrində sığınacaq alana qədər gözləmə məntəqəsi, ya da digər Körfəz ölkələrinə keçmək üçün bir körpü etdi. Qanuni hökumətin nəzarəti altında olan bölgələrdə vəziyyət olduğu kimi qalmaqdadır, lakin Husi silahlı birləşmələrinin nəzarət etdiyi digər ərazilərdə vəziyyət dəyişib və orada onlar çoxlu zülmə və şantaja məruz qalırlar.

Husilərin Afrika Buynuzundakı nüfuzu

"Əş-Şəbab" qrupundan olan somalililərin öldürülməsinin üzə çıxması bir sıra Qərb qəzetlərinin hesabatlarını və İranın Husi qruplaşması ilə Afrika Buynuzunun təkcə Somalidə deyil, bir sıra ölkələrində "Qırmızı dənizin qərb sahilində Husi varlığı" adlandırdığı qüvvələr arasında himayə etdiyi təmaslardan bəhs edən Yəmən araşdırma mərkəzlərinin tədqiqatlarını yenidən xatırlatdı.

Amerika kəşfiyyatı keçən ilin ortalarında Husi qruplaşmasının Somalinin "Əş-Şəbab əl-Mücahidin" hərəkatını silahlandırmaq cəhdlərini aşkar etmişdi.

Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir? Bunu da oxuyun Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

Yəmənin "Əl-Muxa" mərkəzinin bu xüsusdakı araşdırması göstərirdi ki, 2004-cü ildən bəri ölkənin husilər və "Əl-Qaidə" ilə daxili müharibəyə girməsi ilə Yəmənə silah qaçaqmalçılığı üzrə İranın ehtiyacı, xüsusən Ədən körfəzində və Ərəb dənizində beynəlxalq qüvvələrin olması səbəbindən qaçaqmalçılıq yollarının bir qədər şaxələndirilməsini və təhlükəsizliyinin təmin edilməsini tələb edirdi. Araşdırmada bildirildiyi kimi, bu da öz növbəsində İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nu (SEPAH) İran rejiminə tətbiq edilən sanksiyaları və iqtisadi mühasirəni yarmaq cəhdi çərçivəsində İran neftini Afrika Buynuzu ölkələrinə qaçaqmalçılıq yolu ilə aparmaq və orada satmaq üçün bir neçə marşrut əldə etmək məqsədilə somalili quldurlarla əməkdaşlıq etməyə, bununla yanaşı "bölgədəki silahlı birləşmələrə və üsyançı qruplara, o cümlədən Yəməndəki Husi qruplaşmasına silah qaçaqmalçılığı etməyə və satmağa" məcbur etdi.

"Əl-Muxa" mərkəzinin araşdırmasına görə, Amerika kəşfiyyatı keçən ilin ortalarında Husi qruplaşmasının Somalinin "Əş-Şəbab əl-Mücahidin" hərəkatını silahlandırmaq cəhdlərini aşkar etmişdi.

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi bu ilin fevral ayında keçirilən Münxen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışında husilərin regiondakı zorakı qruplarla əlaqəsinə, onların Afrika Buynuzuna silah ixrac etməsinə, insan alveri xəttinə daxil olmasına və ölkə daxilində miqrantları orduya cəlb etməsinə işarə edərək əlavə etmişdi ki, Qırmızı dəniz bölgəsində təhlükəsizliyin bərpası onun cənub sahillərindən başlayır və bu, "Babülməndəbin hər iki sahilində kompleks tədbirlərin görülməsini" tələb edir.

Husilərin afrikalı qaçqınları istismar edir

7 mart 2021-ci ildə Sənada efiopiyalıların saxlandığı təcridxanada nəhəng yanğın baş verdi. Efiopiyanın Oromo xalqından olan, Kanadadakı Oromo icmasına yönəlmiş radio və televiziya stansiyasının direktoru işləyən Cəmda Suti adlı jurnalist Husi silahlılarının münaqişə cəbhələrinə qoşulmaq və ya azad edilmələri üçün pul ödəmək arasında seçim qarşısında qoyduqdan sonra onların üzərinə qumbara atması səbəbindən Sənada 450 efiopiyalı qaçqının yanaraq həlak olduğunu bildirdi. O, "BBC Arabic" üçün onunla müsahibədə əlavə etdi ki, "afrikalı məhbuslar husilərin onları cəbhələrə qoşulmaq və ya pul ödəmək arasında seçim qarşısında qoymasına etiraz olaraq aclıq aksiyası keçirirdilər və həmin vaxt silahlı dəstənin üzvləri aksiyanı dağıtmaq üçün müdaxilə edərək onların üzərinə qumbara atdılar".

Yəmən hakimiyyətində somalili qaçqınların və digər afrikalıların Yəməndə ictimai sülh üçün təhlükə yarada biləcəyinə dair təhlükəsizlik narahatlıqları var idi.

Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya Bunu da oxuyun Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

Efiopiyanın "Oromo Gələcəyi" şəbəkəsinin rəhbəri kimi də fəaliyyət göstərən Suti sağ qalanlardan birinin ona göndərdiyi hadisənin videogörüntüsünü mənə təqdim etdi və mən onu dərhal nümayiş etdirdim. Lakin Yəmən hüquq müdafiə təşkilatlarının Beynəlxalq Miqrasiya Təşkilatının iştirakı ilə şəffaf təhqiqat aparılması çağırışlarına, husilərdən qaçqınların hüquqlarının pozulmasını, onların təqib edilməsini, hətta Səudiyyə Ərəbistanının Yəmənlə sərhədinə yaxınlaşdıqları halda həbs olunaraq zorla Sənada və onların nəzarəti altındakı digər bölgələrdəki təcridxanalara gətirilməsini dayandırmaq tələblərinə baxmayaraq, bu, husiləri nə utandırdı, nə də baş verənlərə əhəmiyyət vermələrinə səbəb oldu; husilər bu məsələni araşdıracaqlarına söz versələr də, əgər ümumiyyətlə aparılıbsa, təhqiqatın nəticələrini açıqlamadılar.

Lakin Husi qruplaşması sonradan Sənadakı miqrant mərkəzində baş verən yanğında apardığı təhqiqatın guya yalnız 45 nəfərin ölümü ilə nəticələndiyini bildirdi, bir sıra ünsürlərinin və təhlükəsizlik rəsmilərinin hadisəyə görə məsuliyyət daşıdığını etiraf etdi və "hadisə ilə bağlı mühakimə olunmaları üçün 11 nəfər müttəhim ünsürü həbs etdiyini" açıqlayaraq bunu belə əsaslandırdı ki, Husi təhlükəsizlik qüvvələri "rəhbərliyindən icazə almadan üç gözyaşardıcı qaz qumbarası ataraq miqrant saxlama məntəqəsində baş verən etiraza müdaxilə etmişdir".

Afrikalılar Yəmənə necə gəlirlər?

Afrika Buynuzu ölkələrindəki gərgin vəziyyət - Sudandakı müharibə, Efiopiya hökuməti ilə Tiqray vilayəti arasındakı münaqişə, Somali və Eritreyadakı qeyri-sabit şərait nəticəsində, davam edən müharibəyə baxmayaraq, sahillərinin istər Ədən körfəzi, istərsə də Qırmızı dəniz vasitəsilə bu ölkələrə yaxın olması səbəbindən həmin ölkələrdən minlərlə insan hələ də Yəmənə axışır. İnsan alverçiləri və qaçaqmalçılar həmin insanları böyük sayda köhnə qayıqlar və zoraqlar vasitəsilə bu ölkələrin sahillərindən Yəmən sahillərinə, xüsusən də cənub sahillərinə, əksər hallarda əlverişsiz hava şəraitində daşıyırlar. Qasırğalar, fırtınalar və dənizlərin coşması səbəbindən həmin kiçik gəmilərin və ya qayıqların bir çoxu batmışdır; Yəmən quruluğunun yaxınlığına çata bilənlərdə isə həmin qayıqların sərnişinləri, aralarında üzməyi bacarmayan qadınlar və uşaqlar da olmaqla, açıq dənizə atılır və onların bir çoxu ölür; bu sahədəki imkanlarının və təcrübələrinin məhdudluğu səbəbindən Yəmən qəza-xilasetmə və hərbi dəniz donanması qruplarının onları xilas etməsi və kömək göstərməsi çox nadir hallarda mümkün olmuşdur.

Həmin vaxt Yəmən hakimiyyətində somalili qaçqınların və digər afrikalıların Yəməndə ictimai sülh üçün təhlükə yarada biləcəyinə dair təhlükəsizlik narahatlıqları var idi.

Yetkinlik yaşına çatmayanların orduya cəlb edilməsi və silahlı birləşmələrin bəzi afrikalı döyüşçülərdən istifadə etməsi məsələsində heyrət və təəccüb doğuran cəhət odur ki, Husi qruplaşması qruplaşma liderinə daxildə və xaricdə "ilahi fəthlərini" həyata keçirmək üçün guya "xalq səlahiyyəti" vermək bəhanəsi ilə hər cümə günü "milyonluq izdiham" adlandırdıqları görüntülərlə dünyanın qulaqlarını və gözlərini kar və kor etdikdən sonra məhz bu yola əl atır.Dİgər tərəfdən

Məqalədə: #Husilər #Somali #Əl-Şəbab #İran və Husilər #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Husilər Yəməndə hansı siyasəti yürüdürlər? #Husilər Yəməndə insan haqlarını necə pozurlar? #Husilər Yəməndə uşaq əsgərlərdən necə istifadə edirlər? #Husilər və beynəlxalq ticarət yollarına təsiri nədir? #ABŞ və Böyük Britaniya Husilərə qarşı hansı tədbirləri görür? #Yəmən xalqı Husilərin zülmündən necə xilas ola bilər? #Əş-Şəbab terror təşkilatı #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi #Əş-Şəbab #Əl-Qaidə və Əş-Şəbab #Yasir Əbu Şəbab #Əbu Şəbab dəstəsi #Əbu Şəbab qrupu #Husilərdən son dəqiqə hədəsi: Babülməndəb boğazı bağlana bilər #Qlobal enerji böhranı: Babülməndəb boğazı niyə strateji əhəmiyyətə malikdir? #Boğazların savaşı: Hürmüzdən sonra Babülməndəb də hədəfdədir #Babülməndəb boğazı #afrikalıların Amerikaya gətirilməsi #Hörmüz və Babülməndəb #husilərin sıralarında afrikalılar #Əş-Şəbab qruplaşması Somali #African fighters in Houthi ranks Yemen conflict

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib

11:48
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.