14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

Hərbi ekspert Münir Şəhadə qruplaşmanın qarşısında genişmiqyaslı hücum, tam sükut və ya məhdud-hesablanmış cavab variantlarının olduğunu qeyd edir.

8 Sentyabr 2026 16:26
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

ArabAZ Təhlil Mərkəzi

Cənubi Livanda İsrailin hərbi zərbələrinin miqyasının son günlərdə kəskin genişlənməsi ilə "Hizbullah" son dərəcə mürəkkəb bir tənlik qarşısında qalıb: İsrailin Baş naziri Benyamin Netanyahunun seçkiləri təxirə salmaq və ya mövqelərini möhkəmləndirmək üçün can atdığı genişmiqyaslı müharibəyə cəlb olunmadan artan hücumlara necə cavab verməli?

Təl-Əvivin birbaşa hədəfinə çevrilən və qruplaşmadan çəkindirici cavab tələb edən daxili sosial bazanın təzyiqi artdıqca, "Hizbullah"ın variantları regional proseslərdən - xüsusilə ABŞ-İran danışıqlarının gedişindən və Livanın daxili siyasi dinamikasından asılı vəziyyətə düşüb.

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi? Bunu da oxuyun Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?

"Hizbullah"ın mövqeyinə bələd olan mənbələr təşkilatın hərbi cavab vermək, yoxsa birtərəfli qaydada atəşkəsə və təmkinli davranmağa sadiq qalmaq barədə bəyanat yaymaqdan yayındığını bildirirlər. Mənbələr diqqətə çatdırır ki, partiya hazırda Livan dövlət orqanlarının məsuliyyəti üzərinə götürməsinə çalışır və rəsmi qurumları təcavüzün genişlənməsinə qarşı dialoqa çağırır. "Əş-Şərq əl-Avsat" qəzetinə danışan mənbələr bildirir ki, hazırkı mərhələdə qruplaşmanın birbaşa hərbi cavaba meyil etdiyini göstərən əlamətlər yoxdur. Çünki İsrail təcavüzünün əsas məqsədlərindən biri "Hizbullah"ı və onunla birlikdə İranı cavab verməyə təhrik edərək genişmiqyaslı müharibəyə sürükləməkdir; bu isə birbaşa Netanyahunun seçki maraqlarına xidmət edir.

Beyrut Amerika Universitetinin politologiya professoru Dr. Hilal Xəşan isə qruplaşmanın hər hansı real seçiminin qalmadığını irəli sürür. Onun fikrincə, "Hizbullah"ın hərbi gücü xüsusilə qürur simvolu olan "Əli ət-Tahir" mövqeyinin Livan ordusu əvəzinə İsrailə təhvil verilməsi qərarından sonra tamamilə çöküb: "Qruplaşmanın İsraillə vuruşmaq deyil, hətta onu təxribata çəkmək gücü belə yoxdur. İki PUA göndərdilər və nəticəni hamımız gördük". Xəşan qeyd edir ki, hərbi rolu bitən partiyanın hazırkı prioriteti sadəcə daxildə silahını qorumaqdır. O, İsraildəki gərgin seçki öncəsi eskalasiyanın davam edəcəyini, Qərb Sahili, Qəzza, Cənubi Suriya və hətta Livanın Bəqa vadisinə qədər yayılacağını ehtimal edir.

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri Bunu da oxuyun Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

Ehtiyatda olan briqada generalı Münir Şəhadə isə fərqli mövqe sərgiləyərək "Hizbullah"ın qarşısında üç əsas yolun olduğunu vurğulayır:

Genişmiqyaslı birbaşa hərbi cavab: Bu variant İsrailə zərbə hədəflərini genişləndirmək, əməliyyatları ölkənin dərinliklərinə və Livanın mülki infrastrukturuna keçirmək üçün bəhanə verə bilər, ona görə də xərci həddən artıq yüksəkdir.

Cavabdan tamamilə imtina etmək: Bu addım da baha başa gələ bilər; çünki İsrail tərəfindən heç bir bədəl ödəmədən yeni faktiki vəziyyət yaratmaq fürsəti kimi qəbul oluna bilər.

Hesablanmış və məhdud cavab: Ən rasional seçim sayılır. Məqsəd böyük müharibəyə girmədən "hər hücumun bir bədəli var" prinsipini bərpa etmək və əməliyyatları tam açıqlamayaraq hərbi-siyasi qeyri-müəyyənlik strategiyasını qorumaqdır.

Şəhadə əlavə edir ki, qruplaşma genişmiqyaslı addımları təxirə salaraq Vaşinqtonla Tehran arasındakı danışıqların nəticəsini gözləyə bilər. Ən real ssenari eskalasiyanı nəzarətdə saxlamaq, cəbhəni izləmək və yalnız İsrail müəyyən "qırmızı xətləri" aşacağı təqdirdə məhdud və dəqiq zərbələrlə cavab verməkdir.

Məqalədə: #Benyamin Netanyahu #Hizbullah #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #Hizbullah liderinin dəfni #Hizbullah və Suriya münaqişəsi #Benyamin Netanyahu HƏMAS siyasəti #Hizbullah və Əl-Əmal Hərəkatı #Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı #Benyamin Netanyahunun xarici siyasəti #Benyamin Netanyahunun 2026 seçki strategiyası #Livan daxili siyasi vəziyyəti #Hezbollah strategic options Israeli escalation southern Lebanon

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.