11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

İsraildə oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin gələcək siyasi mənzərəsi ilə yanaşı, Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı məsələsini də ön plana çıxarıb.

10 Sentyabr 2026 15:56
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

İsraildə oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin gələcək siyasi mənzərəsi ilə yanaşı, Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı məsələsini də ön plana çıxarıb. Knessetin iyulun 17-də özünü buraxmaq qərarından sonra təyin edilən seçkilər ərəfəsində Netanyahunun dəstəyi zəifləsə də, o, 33-35 faizlə baş nazir postuna ən populyar namizəd olaraq qalır. Bununla belə, hazırkı göstəricilər nə onun rəhbərlik etdiyi sağ blokun, nə də müxalifətin hökumət qurmaq üçün yetərli mandat əldə edə biləcəyini göstərir. Bu isə seçkilərdən sonra siyasi dalanın yaranması və İsraildə növbəti seçki ehtimalını gündəmə gətirir.

ArabAZ Crossmedia.az-a istinadən xəbər verir ki, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu açıqlamasında İsraildə oktyabrın 27-də siyasi baxımdan mühüm dəyişiklik baş verə biləcəyini bildirib. Onun sözlərinə görə, əsas məsələlərdən biri Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağıdır: “Ümumiyyətlə, oktyabrın 27-də İsrailin siyasi tarixində çox önəmli bir dəyişikliyin baş verəcəyi ehtimal edilir. Təbii ki, burada hakimiyyətdə Netanyahunun qalıb-qalmayacağı məsələsi gündəmdədir. Populyarlıq var amma eyni zamanda Netanyahunun qarşısında çox böyük, ciddi risklər də var”.

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu Bunu da oxuyun İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

Ekspert qeyd edib ki, Netanyahu Qəzzada gedən müharibədən və Livanla toqquşmalardan siyasi maraqları üçün istifadə edib. O, İsrail cəmiyyətinin bu siyasətdən yorulduğunu düşünür: “Sirr deyil ki, Qəzzada gedən müharibədən, Livanla olan toqquşmalardan və sairədən Netanyahu öz siyasi maraqları üçün istifadə edib. Amma məsələ ondan ibarətdir ki, İsrail xalqı, yəhudi xalqı Benyamin Netanyahunun bu cür siyasi spekulyasiyalarından, yalanlarından doyub”.

R.Hazifoğlu hesab edir ki, bu vəziyyətdə Netanyahu üçün yeni düşmən obrazının yaradılması gündəmə gələ bilər. Onun sözlərinə görə, seçki bilbordlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyə dövlətinin düşmən obrazında təqdim edildiyi görünür: “Bu baxımdan düşünürəm ki, Benyamin Netanyahu üçün yeni bir düşmən obrazı yaratmaq lazım olacaq. Artıq İsraildə, seçki, Benyamin Netanyahunun seçki bilbordlarında həmin düşmən obrazı açıq şəkildə göstərilib. Bu da, təəssüflər olsun ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyə dövlətidir. Yəni İranla eyniləşdirilir, HƏMAS-la eyniləşdirilir”.

Ekspertin fikrincə, Qəzza, İran və Livandakı vəziyyət Netanyahunun siyasi maraqları üçün istifadə oluna bilər. O, həmçinin yeni münaqişə ocağının yaranması və İsrailə hücum və ya təxribat ehtimalını istisna etməyib: “Dolayısıyla, heç şübhəsiz, nəinki Qəzzadakı vəziyyət, hətta İrandakı vəziyyət, hətta, Livandakı vəziyyət, yəni Benyamin Netanyahunun öz maraqlarını, öz siyasi maraqlarını aktiv şəkildə lobbiləşdirmək üçün istifadə olunacaq. Və hesab edirəm ki, hətta yeni bir münaqişə ocağı yarana bilər. İsrailə yeni belə bir hücumun və yaxud da hər hansı bir təxribatın bu ərəfələrdə, bu aralarda baş verəcəyi belə ehtimal edilir ki, bu da Benyamin Netanyahunun siyasi maraqlarına xidmət edən amillərdən biri ola bilər”.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Benyamin Netanyahu #Rufiz Hafizoğlu #HƏMAS #Yaxın Şərq #Qəzza müharibəsi #İsraildə parlament seçkiləri #İsrail–Livan qarşıdurması #Netanyahunun siyasi taleyi #İsrail Baş naziri #seçki bilbordları #İsraildə siyasi böhran

Mövzu üzrə digər xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.