12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İran rejiminin gələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

İran ilə ABŞ arasındakı geosiyasi gərginlik və hərbi toqquşmalar beynəlxalq medianın, habelə siyasi analitik dairələrin gündəmindən düşmür.

27 Avqust 2026 10:11
İran rejiminin gələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

İran ilə ABŞ arasındakı geosiyasi gərginlik və hərbi toqquşmalar beynəlxalq medianın, habelə siyasi analitik dairələrin gündəmindən düşmür. Lakin aparılan təhlillər əksər hallarda hərbi terminlər, strateji doktrinalar, enerji bazarlarındakı rəqəmlər və böyük dövlətlərin maraqları çərçivəsindən kənara çıxa bilmir. Bu nəhəng hərbi-siyasi maraqların kölgəsində isə hər iki tərəfin birbaşa hədəfinə və atəş kəsişməsinə çevrilmiş on milyonlarla mülki insan, yerli cəmiyyətlər və dağılan həyatlar diqqətdən kənarda qalır. Münaqişədə heç bir siyasi və ya hərbi məqsədi olmayan bu kütlələr gündəlik həyat nizamlarının, təhsil və səhiyyə sistemlərinin, istehsal zəncirlərinin darmadağın olması ilə qarşıdurmanın "pulsuz yanacağı"na və ən böyük görünməz qurbanlarına çevrilirlər.

Yəməndə qanuni hökumət husilərin media təbliğatına son qoyur

Bunun ən bariz nümunəsi son illərdə sürətli iqtisadi və sosial inkişaf yolu keçmiş Ərbil şəhərinin timsalında görünür. Şəhər ötən aylar ərzində 1000-dən çox hava və raket hücumunun hədəfi olub. Bu intensiv zərbələr Ərbildə və onun simasında bütün Yaxın Şərqin oxşar iqtisadi mərkəzlərində mülki aviasiyadan tutmuş xarici investisiyalara, enerji layihələrindən ailələrin sosial rifahına qədər bütün sahələri sarsıdıb, gələcəyə olan inamı dərin narahatlıq və təşvişlə əvəz edib.

Beyrut sui-qəsdlərindən Suriya qətliamlarına qədər - Hizbullahın 40 illik cinayət xronikası Bunu da oxuyun Beyrut sui-qəsdlərindən Suriya qətliamlarına qədər - Hizbullahın 40 illik cinayət xronikası

Regionun gələcəyini təhlil edən ekspertlərin gəldiyi ən acı nəticə isə bundan ibarətdir: Müharibə hansı ssenari üzrə cərəyan edirsə-etsin, nəticə nə olursa-olsun, bu coğrafiyaların və yerli cəmiyyətlərin itkisi qaçılmazdır.

Hizbullahın maliyyə imperiyasına ağır zərbə - təşkilat ciddi maliyyə böhranı ilə üz-üzədir

Əgər Tehran rejimi bu qarşıdurmada hərbi və siyasi məğlubiyyətə uğrayarsa, bu proses sakit və nəzarət olunan şəraitdə baş verməyəcək. İran hakimiyyəti təxminən yarım əsrdir ki, öz resurslarını və dövlət imkanlarını ətraf coğrafiyanı partlayıcı şəbəkələrlə - radikal qruplaşmalar, yerli proksi qüvvələr, məzhəbçi ritorikalar və silahlı birləşmələrlə təchiz etməyə yönəldib. Məğlubiyyət ərəfəsində bu şəbəkələrin işə salınması günahsız mülki şəxslərə, infrastruktur obyektlərinə və qonşu dövlətlərə qarşı genişmiqyaslı, nihilist bir qisas dalğası formalaşdıracaq. Belə bir xaos yüz milyonlarla insanın həyatını iflic edəcək, dövlətlər daxilində vətəndaş qarşıdurmalarını alovlandıracaq və region xalqları ilə rejimin hərəkətlərinin məsuliyyətini daşımağa məcbur qalacaq İran xalqı arasında dərin nifrət uçurumları yaradacaq.

İranın ərəb və türk dünyasına qarşı bitməyən aqressiyası Bunu da oxuyun İranın ərəb və türk dünyasına qarşı bitməyən aqressiyası
Qarşıdurmanın alternativ ssenarisi - İran rejiminin bu böhrandan sağ-salamat və ya minimum itki ilə çıxmasıdır. Lakin bu nəticə də bölgəyə sabitlik gətirməyəcək, əksinə, Tehranı qarşısıalınmaz bir "regional kabus"a çevirəcək. Belə bir vəziyyətdə rejim İraq üzərində tam və birbaşa siyasi-hərbi nəzarət qurmaq, Livanda "Hizbullah"ın əvvəlki dominant mövqeyini bərpa etmək və Suriyada formalaşan yeni status-kvonu mühasirəyə almaq üçün təzyiqlərini artıracaq. Yəməndə husilərin nəzarətində olan bölgələr bütün Qırmızı dəniz və Körfəz xəttini şantaj edən daimi mərkəzə çevriləcək. Eyni zamanda Tehran hakimiyyəti məzhəbçilik və "məzlumiyyət" təbliğatından istifadə edərək Qafqaz, Balkanlar, Afrika və hətta Cənubi Amerika kimi uzaq coğrafiyalara doğru öz ideoloji və hərbi təsirini genişləndirməyə can atacaq.

Hizbullahın Suriyadakı mirası - Captagon və saxta dollar

Natiq, din xadimi və döyüşçü… hər şey İran üçün Bunu da oxuyun Natiq, din xadimi və döyüşçü… hər şey İran üçün
Müharibənin tərəflər arasında hər hansı müvəqqəti kompromis və ya siyasi razılaşma ilə başa çatması da böhranın köklü həlli deyil. Bu, sadəcə olaraq daha şiddətli və dağıdıcı olacaq növbəti partlayış anının müvəqqəti təxirə salınması deməkdir. İranın son onilliklərdəki dövlət idarəçiliyi təcrübəsi göstərir ki, daxildə və xaricdə baş verən heç bir atəşkəs, beynəlxalq müqavilə və ya diplomatik format onun ideoloji və hərbi ekspansiyaya söykənən strateji nüvəsini dəyişməyib.

Nəticə etibarilə, bu mənzərə müasir beynəlxalq münasibətlər üçün ən ciddi sualı ortaya qoyur: Bütün yolları ətrafındakı dinc qonşulara zərər vurmağa çıxan, daxili legitimliyini ancaq xarici qarşıdurma və militarist şüurlar üzərində quran bu cür qapalı sistemlərin yaratdığı təhlükə ilə qlobal nizam necə başa çıxacaq? Çünki bu sistem mövcud olduqca, qazanılan qələbə də, qəbul edilən məğlubiyyət də milyonlarla insana yalnız fəlakət vəd edir.

Məqalədə: #ABŞ–İran görüşləri ilə bağlı yeni diplomatik iddia #ABŞ və Böyük Britaniya İran təhlükəsi ilə bağlı təcili məsləhətləşmələr keçirib #ABŞ şərq sahili vaxtı ilə İran sanksiyaları #İran ABŞ müharibəsi regional təsirləri #Ərbil hava zərbələri İraq təhlükəsizliyi #İran rejiminin gələcəyi məğlubiyyət ssenariləri #Yaxın Şərq cəmiyyətləri və müharibənin fəsadları #Hizbullah Livan və husilər Yəmən #İran proksi qüvvələri və məzhəbçilik #Iran US conflict regional fallout analysis #Erbil airstrikes impact Iraqi Kurdistan stability

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.