İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
Əgər bu siyasət uğurlu olarsa, İraqda siyasi mübarizə məzhəb qütbləşməsindən çıxaraq vətəndaşlıq hüquqları müstəvisinə keçə bilər.
İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq
İraqda Suriyanın şimal-şərqindən gətirilmiş 5 704 İŞİD şübhəlisi ilə bağlı ilkin istintaq başa çatıb. Şübhəlilər 67 müxtəlif ölkənin vətəndaşlarıdır. Onların 3 497 nəfəri Suriya, 474 nəfəri isə İraq vətəndaşıdır. Araşdırılan şəxslər arasında İŞİD-in yüksək vəzifəli rəhbərlərinin və müxtəlif bölmələrinin nümayəndələrinin olduğu bildirilir. Altı şəxsin yezidi qadınlara qarşı törədilmiş ağır cinayətlərlə əlaqəsinin müəyyənləşdirildiyi açıqlanıb. Yetərli sübut olmayan bəzi şəxslər azad edilib və ya öz ölkələrinə təhvil verilib. Daha 457 Suriya vətəndaşının Suriyaya qaytarılması istiqamətində iş aparılır. Qalan işlərin mərhələli və fərdi qaydada İraq məhkəmələrinə göndərilməsi nəzərdə tutulur.
İraqda korrupsiya araşdırmasının nəticələri açıqlandı
İraq Ali Məhkəmə Şurası korrupsiya işi çərçivəsində 20 milyon dollardan çox vəsaitin və 60 kiloqram qızılın ələ keçirildiyini açıqlayıb. Məlumata görə, araşdırma İraqın keçmiş neft nazirinin emal məsələləri üzrə müavini Adnan əl-Cümeyli və onunla əlaqəli şəxslərlə bağlı aparılır.