14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

İsrail ordusunun sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot oktyabr seçkiləri öncəsi Baş nazir Benyamin Netanyahunu dövlətin təhlükəsizliyini şəxsi siyasi maraqlarına qurban verməkdə ittiham edib

8 Sentyabr 2026 06:52
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

İsraildə oktyabr ayına təyin olunmuş parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun əsas rəqibi hesab edilən Qadi Ayzenkot bazar ertəsi keçirilən seçkiqabağı mitinqdə hökumət başçısını şəxsi və siyasi maraqlarını dövlətin təhlükəsizliyindən üstün tutmaqda günahlandırıb.

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir? Bunu da oxuyun Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

ArabAZ xəbər verir ki, İsrail ordusunun sabiq Baş Qərargah rəisi 27 oktyabr seçkiləri üçün sədri olduğu "Yaşar" partiyasının namizədlər siyahısını açıqlayıb. O, 7 oktyabr 2023-cü ildə "HƏMAS" tərəfindən İsrailin cənubuna həyata keçirilən və ölkə tarixinin ən qanlı hücumu sayılan hadisələrdən bəri Baş naziri öz üzərinə düşən vəzifə və məsuliyyətləri yerinə yetirməməkdə, səhlənkarlıq göstərməkdə sərt tənqid edib.

Roş-Haayin yaşayış məntəqəsində təşkil olunan seçki toplantısında çıxış edən Ayzenkot bildirib ki, : "7 oktyabrda yaranan dərin çat və İsrail dövlətinin üzləşdiyi ağır təhdidlər fonunda bizə məsuliyyət səviyyəsinə yüksələ bilən, xalqı birləşdirməyi və sionizmin prinsiplərini bərpa etməyi bacaran liderlik lazımdır".

Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir Bunu da oxuyun Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir

İsrailin "Kan" ictimai yayım korporasiyasının bazar günü dərc etdiyi ən son ictimai rəy sorğusunun nəticələrinə görə, qarşıdakı seçkilərdə Qadi Ayzenkotun rəhbərlik etdiyi "Yaşar" partiyasının Knessetdəki 120 yerdən 23-nü qazanaraq Benyamin Netanyahunun lideri olduğu "Likud" partiyasını (20 yer) geridə qoyacağı proqnozlaşdırılır.

Sorğuya əsasən, müxalifət düşərgəsindəki partiyalar 51 mandat, "Likud" ilə koalisiya qurması ehtimal edilən sağ blok isə 52 mandat əldə edə bilər. Parlamentdə mütləq çoxluq təşkil edən 61 mandata heç bir tərəfin təkbaşına çatmadığı təqdirdə, hökumətin formalaşdırılması üçün digər siyasi qüvvələrlə, xüsusən də sorğuda 13 mandat qazanacağı ehtimal edilən ərəb əsilli namizədlərin təmsil olunduğu iki partiya ilə ittifaq qurulması zərurəti yarana bilər.

Məqalədə: #Benyamin Netanyahu #Knesset #Kremlin bəyanatı #HƏMAS-ın bəyanatı #Benyamin Netanyahu HƏMAS siyasəti #Harrisdən Netanyahu tənqidi: Baydenin açıq çeki mənə zərər vurdu #Knesset medalı (Knesset Medal) qalmaqalı və Ben Kaspitin araşdırması #Qüds İvrit Universitetinin apardığı son sorğu nəticələri #Qadi Ayzenkot #Qadi Eyzenkot #Qadi Eyzenkot siyasi yüksəlişi #Avigdor Liberman Netanyahu tənqidi #İsrail parlament seçkiləri #İsrail parlament seçkiləri 2026 #Qadi Ayzenkot bəyanatı #Yaşar partiyası namizədləri #27 oktyabr Knesset seçkisi #Gadi Eisenkot launches fierce attack on Netanyahu ahead of October vote

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.