İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsrail ordusunun sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot oktyabr seçkiləri öncəsi Baş nazir Benyamin Netanyahunu dövlətin təhlükəsizliyini şəxsi siyasi maraqlarına qurban verməkdə ittiham edib
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
İsrailin Baş naziri Benyamin Netanyahuya oktyabr ayının sonunda keçiriləcək parlament seçkiləri (Knesset) ərəfəsində daxili ictimai rəyi inandıracaq qəti və nümayişkaranə qələbə lazımdır.
İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb
İsrail hakimiyyətinin işğal altındakı İordan çayının qərb sahilində yeni yaşayış məntəqəsi yaratdığı bildirilir. Fələstin “WAFA” agentliyinin məlumatına görə, “Noa” adlı məntəqə Cənin bölgəsində salınıb. Yeni yaşayış məntəqəsi fələstinlilərə məxsus torpaqlarda yaradıldığı bildirilən digər məntəqələrin yaxınlığında yerləşir. Açılış mərasimində İsrail hökumətinin və parlamentinin nümayəndələri iştirak edib. Hadisə İordan çayının qərb sahilinin şimalında məskunlaşdırma fəaliyyətlərinin artdığı bir dövrdə baş verib. Fələstin tərəfi bu siyasəti tənqid edir. İsrail isə yaşayış məntəqələrinin yaradılmasını təhlükəsizlik və tarixi əsaslarla izah edir.
Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir
İsrailin keçmiş müdafiə naziri və “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Qəzza müharibəsi zamanı HƏMAS-la gizli əlaqələr saxlamaqda ittiham edib. Libermanın sözlərinə görə, Netanyahu 2014-cü ildə Qəzza müharibəsi zamanı HƏMAS rəhbərliyi ilə təhlükəsizlik və hərbi rəhbərliyin məlumatı olmadan əlaqə yaradıb. O, baş nazirin Yəhya Sinvarla da yazışdığını iddia edib.
Ben Qvir fələstinli qadın məhbusların kameralarına basqın edib
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Dəmun həbsxanasında saxlanılan fələstinli qadın məhbusların kameralarına basqın edərək onların ağır saxlanma şəraitindən şikayətlərinə sərt münasibət bildirib. İsrailin 14-cü kanalına müsahibəsi zamanı Ben Qvir məhbus qadınlardan birinin saxlanma şəraitinin çox ağır olduğunu deməsindən sonra bunun “demokratik dövlətdə normal” olduğunu bildirib. Nazir fələstinli məhbusların əziyyət çəkməli olduğunu müdafiə edib.
Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir
Knesset Araşdırma və İnformasiya Mərkəzinin hazırladığı hesabata əsasən, son illərdə ölkəyə qayıdan israillilərin sayında kəskin azalma müşahidə olunur. Eyni zamanda, ölkəni birdəfəlik tərk edənlərin sayının artması nəticəsində 2022–2024-cü illər aralığında İsrailin miqrasiya balansı mənfiyə doğru dəyişib.
İsrail ehtiyatda olan hərbçilərin səfərbərliyini daha iki ay uzadıb
İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsi fövqəladə hərbi səfərbərliyin müddətini daha iki ay uzadıb. Qərar 4 lehinə və 2 əleyhinə səslə qəbul edilib. Yeni qərara əsasən, səfərbərlik sentyabrın 30-dək qüvvədə olacaq. İsrail ordusu bu müddət ərzində 240 minədək ehtiyatda olan hərbçini xidmətə çağıra biləcək. Bu cür qərarlar 2023-cü ildə Qəzza zolağında müharibə başlayandan bəri müntəzəm şəkildə qəbul edilir. Səfərbərlik ordunun əməliyyat imkanlarının qorunmasına yönəlib.
Qadi Ayzenkot Netanyahuya alternativə çevrilir? İsrail siyasətində yeni güc balansı formalaşır
İsraildə siyasi mənzərə sürətlə dəyişir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə ictimai etimadın azalması, müharibənin nəticələri ətrafında davam edən müzakirələr və təhlükəsizlik sahəsində yaranan suallar ölkədə yeni siyasi fiqurların ön plana çıxmasına şərait yaradıb. Bu prosesdə diqqət mərkəzinə keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot çıxıb. Son ictimai rəy sorğuları onun gələcəkdə baş nazir postu uğrunda Netanyahuya ciddi rəqib ola biləcəyini göstərir.
İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzaya dair qərar layihəsinin qəbul edilməsi halında Fələstin rəhbərliyinə qarşı “hədəfli sui-qəsdlər” həyata keçirilməsi və Fələstin Dövlət Başçısı Mahmud Abbasın həbs olunması çağırışı ilə çıxış edib.
ABŞ Qəzzaya yaxın ərazidə hərbi baza quracaq
ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.
Tramp və Netanyahu arasındakı gərginlik açıq müstəviyə çıxırmı?
İsraildə ABŞ-la münasibətlərin xarakteri ətrafında artan mübahisə Baş nazir Benyamin Netanyahunu ciddi çətin vəziyyətə salıb. O, ölkə daxilində İsrailin suverenliyini zəiflətməkdə və dövləti ABŞ administrasiyasının tabeliyinə çevirməkdə ittiham olunur. İsraillilər həmişə ABŞ-la yaxın münasibətləri ilə öyünürlər. Lakin son vaxtlar Amerika administrasiyasının mövqeləri İsrail ictimaiyyətində Vaşınqtonla əlaqələrin təbiətində müəyyən disbalans yarandığı təəssüratını formalaşdırıb.
İsraildən kütləvi köç: “Bu artıq dalğa deyil, miqrasiya sunamisidir”
İsraili tərk edən və geri dönməyi planlaşdırmayan vətəndaşların sayı ölkəyə qayıdan israillilərin sayını üstələyib. Bu barədə İsrail parlamentinin (Knesset) Araşdırma və İnformasiya Mərkəzinin xüsusi hesabatında bildirilib.Hesabata əsasən, ölkədən çıxan israillilərin sayı 2020-ci ildən bəri ardıcıl şəkildə artır. 2020-ci ildə 34 min, 2021-ci ildə 43,4 min, 2022-ci ildə 59,4 min, 2023-cü ildə isə 82,8 min nəfər İsraildən uzunmüddətli olaraq köçüb. Bu, əvvəlki illərlə müqayisədə 39–44 faiz artım deməkdir.