Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyada seçkilərin keçirilməsinə və ölkədə siyasi prosesin irəliləməsinə yol açacaq razılaşmanı müsbət qiymətləndirib.
ArabAZ xəbər verir ki,razılaşma Liviyada seçki prosesinin irəlilədilməsi və siyasi keçidin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. BMT sənədin ölkədə uzunmüddətli siyasi sabitliyin və vahid dövlət institutlarının formalaşdırılması səylərinə töhfə verəcəyinə ümid edir.
BMT Liviyada siyasi prosesin irəliləməsi, tərəflər arasında razılığın qorunması və ölkənin demokratik yolla seçilmiş vahid hakimiyyətə keçməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.