13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzaya dair qərar layihəsinin qəbul edilməsi halında Fələstin rəhbərliyinə qarşı “hədəfli sui-qəsdlər” həyata keçirilməsi və Fələstin Dövlət Başçısı Mahmud Abbasın həbs olunması çağırışı ilə çıxış edib.

18 Noyabr 2025 02:00
İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

BAKI,AzerVoice, Orxan Qədirzadə

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzaya dair qərar layihəsinin qəbul edilməsi halında Fələstin rəhbərliyinə qarşı “hədəfli sui-qəsdlər” həyata keçirilməsi və Fələstin Dövlət Başçısı Mahmud Abbasın həbs olunması çağırışı ilə çıxış edib.

AzerVoice xəbər verir ki, Jerusalem Post qəzetinin məlumatına görə, Ben-Qvir Knessetdə (İsrail Parlamenti) rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının qrup iclasında çıxış edərək ABŞ-nin təqdim etdiyi layihənin İsrail üçün təhlükə yaratdığını iddia edib. Nazir Baş nazir Benyamin Netanyahunu addım atmağa çağırıb.

O deyib ki, bu layihə təsdiqlənərsə, Abbas həbs edilməli və Fələstin rəhbərlərinin hədəfli şəkildə zərərsizləşdirilməsi gündəmə gəlməlidir.

O iddia edib ki, layihənin qəbul edilməsi “Fələstin Dövlətinin qurulması istiqamətində təhlükəli bir dönüş nöqtəsi” olacaq.

ABŞ administrasiyasının BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi layihədə Qəzzada 2 il müddətinə fəaliyyət göstərəcək və İsrail ordusunun geri çəkildiyi bölgələrdə təhlükəsizliyi təmin edəcək Beynəlxalq Sabitlik Qüvvəsi (ISF) nəzərdə tutulur. Layihə çərçivəsində ISF-in səlahiyyətləri 2027-ci ilə qədər uzadıla bilər. ABŞ və tərəfdaş ölkələrə Qəzzanı idarə etmək və təhlükəsizliyi təmin etmək mandatı verilir.

Layihənin mətni ayrıca Fələstinlilərin “öz müqəddəratını təyin etməsi və dövlət qurması üçün şərait yaradılmasını” da ehtiva edir. Bu, İsrailin bəzi siyasi dairələrində Fələstin dövlətçiliyinə gedən yol kimi qiymətləndirilir və buna görə narahatlıq yaradır.

Axios-un məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış layihə bu axşam BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq. ABŞ-nin planına görə, ilk beynəlxalq hərbi birləşmələrin yanvar ayına qədər Qəzzaya göndərilməsi nəzərdə tutulur.

ISF-in əsas vəzifələri arasında sərhəd təhlükəsizliyini təmin etmək, mülki əhalini və humanitar dəhlizləri qorumaq və yeni Fələstin polis qüvvəsinin yaradılmasına yardım etmək yer alır.

Qeyd edək ki, layihə İsrail ictimaiyyətində xüsusilə sağçılar arasında ciddi mübahisələrə yol açıb və hökumət daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib.

Məqalədə: #Benyamin Netanyahu #Fələstin #Donald Tramp #Mahmud Abbas #Knesset #Avropa İttifaqı və Qəzza bərpa layihəsi #İtamar Ben Qvir #Benyamin Netanyahu HƏMAS siyasəti #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi #Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası #Jerusalem Post #Yəhudi Gücü Partiyası #ABŞ-nin Qəzza layihəsi #Beynəlxalq Sabitlik Qüvvəsi (ISF) #humanitar dəhliz

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.