Səudiyyə Ərəbistanında mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsi və milli kimliyin qorunmasındakı rolu müzakirə olunub.
ArabAZ xəbər verir ki,müzakirələr zamanı mədəniyyət müəssisələrinin, sənətçilərin və ayrı-ayrı şəxslərin intellektual təhlükəsizliyin möhkəmləndirilməsi və milli kimliyin qorunmasında mühüm rol oynadığı vurğulanıb.
İştirakçılar mədəni fəaliyyətlərin cəmiyyətin düşüncə və dəyərlərinə təsirini, milli kimliyin qorunması ilə yanaşı, mədəni irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbirdə həmçinin mədəniyyət sahəsində çalışan qurumların və yaradıcı şəxslərin cəmiyyətdə maarifləndirmə və intellektual təhlükəsizliyin təmin edilməsinə töhfəsi barədə fikir mübadiləsi aparılıb.