Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Dünya Mədəniyyəti Mərkəzi ("Ithra") beynəlxalq dizayn yarışmasına start verib. Əvvəllər "Tanween" kimi tanınan bu mötəbər layihə cari ildən etibarən "Ithra Dizayn Həftəsi" adı altında fəaliyyət göstərəcək.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 90 istedadlı dizayner seçiləcək. İştirakçılar şəhər məkanları, məktəblilər üçün yeni mebel və parta dizaynı, elektromobillər üçün müasir vizual nişanlar və kəskin istilərə uyğunlaşma kimi dörd praktiki istiqamət üzrə yarışacaqlar.
Layihənin əsas şüarı "Növbəti norma nədir?" olaraq müəyyənləşdirilib. Zahrandakı mərkəzdə intensiv təlimlərə qatılacaq dizaynerlər sıx vaxt ərzində real prototiplər hazırlayacaqlar. Hər kateqoriya üzrə qalib seçilən işlər istehsalçı tərəfdaşlarla birlikdə birbaşa kütləvi tətbiq mərhələsinə keçəcək və gələn il keçiriləcək xüsusi sərgidə nümayiş olunacaq.
Tədbir 16–21 noyabr tarixlərində təşkil ediləcək, müraciətlər isə 24 oktyabradək mərkəzin rəsmi saytında qəbul olunur.