9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Ölkələr və paytaxtlar
Ölkələr və paytaxtlar

Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir

Knesset Araşdırma və İnformasiya Mərkəzinin hazırladığı hesabata əsasən, son illərdə ölkəyə qayıdan israillilərin sayında kəskin azalma müşahidə olunur. Eyni zamanda, ölkəni birdəfəlik tərk edənlərin sayının artması nəticəsində 2022–2024-cü illər aralığında İsrailin miqrasiya balansı mənfiyə doğru dəyişib.

18 Avqust 2026 11:41
Bahalıq, vergilər və sığorta cəzası: İsraildə daxili köç böhranı dərinləşir

Knesset Araşdırma və İnformasiya Mərkəzinin hazırladığı hesabata əsasən, son illərdə ölkəyə qayıdan israillilərin sayında kəskin azalma müşahidə olunur. Eyni zamanda, ölkəni birdəfəlik tərk edənlərin sayının artması nəticəsində 2022–2024-cü illər aralığında İsrailin miqrasiya balansı mənfiyə doğru dəyişib.

Hesabatda qeyd olunur ki, bir sıra bürokratik, iqtisadi və sosial problemlər geri qayıtmaq qərarını israillilər üçün xeyli çətinləşdirir.

Knesset mərkəzinin hesabatına görə, son illərdə geri qayıdanların sayı 53 faiz azalıb. Sənəddə bu enişin 2023-cü ildən başladığı, 2021–2024-cü illər arasında isə ümumi azalma dinamikasının davam etdiyi göstərilir.

İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır? Bunu da oxuyun İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır?

Ölkəyə qayıdan sakinlərin sayı 2020-ci ildəki təxminən 8 min nəfərdən 2024-cü ildə cəmi 3800 nəfərə enərək 53 faizlik azalma ilə son illərin ən aşağı göstəricisi kimi qeydə alınıb; bu mənfi meyil 2023-cü ildə daha da kəskinləşib.

Bunun əksinə olaraq, 2022-ci ildən bəri ölkəni birdəfəlik tərk edən israillilərin sayında kəskin artım baş verib. Nəticədə 2022–2024-cü illər üzrə miqrasiya saldosu mənfiyə düşüb və balansdan təxminən 140 min nəfər silinib.

Geri qayıdanların xarakteristikasına gəlincə, 2024–2025-ci illərdə qayıdan israillilərin yarıdan çoxunu əmək qabiliyyətli yaş qrupu (28–60 yaş) təşkil edib. Qayıdanların təxminən 70 faizi xaricdə 5 ildən çox yaşadıqdan sonra, üçdə biri isə 10 il və ya daha artıq müddətdən sonra qayıdıb.

İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir? Bunu da oxuyun İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

Məlumatlar həmçinin göstərir ki, 2024–2025-ci illərdə qeydə alınan təxminən 141 minlik ümumi qayıdanların yarıya yaxını Şimali Amerikanın payına düşüb (45 faizi ABŞ, 5 faizi Kanada). Avropa ölkələri də əsas yerlərdən olub; belə ki, qayıdanların 6 faizi Böyük Britaniyadan, 4 faizi Fransadan, 3 faizi isə Almaniyadan gəlib.

Eyni zamanda, ABŞ-dan geri qayıdanların sayı kəskin azalıb — 2020-ci ildə təxminən 3700 nəfər olduğu halda, 2024-cü ildə cəmi 1500 nəfər təşkil edib.

Bunun əksinə olaraq, 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra hər iki ölkədən qayıdanların sayında kəskin artım qeydə alınıb. Həmin il qayıdanların 9 faizini Ukraynadan, 8 faizini isə Rusiyadan gələnlər təşkil edib.

Qayıdışın çətinləşmə səbəblərinə gəlincə, hesabat bir sıra bürokratik, sosial və iqtisadi amilləri önə çəkir.

Əsas səbəblərdən biri yeni mühacirlərlə müqayisədə hüquqlarda yaranan ayrı-seçkilikdir; belə ki, geri qayıdan sakinlər yeni gələn mühacirlərdən xeyli az yardım alırlar. Bu fərq xüsusilə maliyyə yardımı və mənzil təminatı sahələrində özünü göstərir (geri qayıdanların mənzil yardımına heç bir hüququ yoxdur), habelə vergi və təhsil güzəştlərində də məhdudiyyətlər mövcuddur.

Sual-cavab... Fələstinli məhbusların edam qanunu haqqında nə bilirik?

Bundan əlavə, uzun müddət xaricdə yaşayan və milli sığorta haqlarını ödəməyi dayandıran israillilər dövlət tibbi sığortasından yararlanmaq üçün 6 aya qədər gözləməlidirlər. Bu gözləmə müddətini ləğv etmək üçün isə 16 860 şekel məbləğində xüsusi rüsum ödənməlidir.

Hesabata görə, 2022–2024-cü illər arasında gözləmə müddəti təyin olunmuş şəxslərin 94 faizi bu məbləği ödəməyib və nəticədə 2 aydan 6 aya qədər dövlət tibbi sığortası olmadan qalmağa məcbur olub.

Bunlarla yanaşı, qayıdanlar üçün münasib maaşlı iş tapmaq çətinliyi, eləcə də qeyri-israilli həyat yoldaşının hüquqi statusunun rəsmiləşdirilməsinin 5 ildən 7 ilə qədər vaxt aparan mürəkkəb proses olması qeyd olunur.

Ölkədəki təhlükəsizlik və sosial vəziyyət də xaricdəki bir çox israillinin qayıdış prosedurlarını təxirə salmasına və ya bundan tamamilə imtina etməsinə səbəb olub.

Bu tendensiyanı şərh edən Knesset Miqrasiya, İnteqrasiya və Diaspor Komitəsinin sədri Qilad Kariv bildirib: "Vəzifəyə gəldiyim ilk gündən ölkədən nəhəng köç dalğasının başlayacağı barədə xəbərdarlıq etmişdim və müzakirələr zamanı bu problemlə hərtərəfli məşğul olacaq xüsusi səlahiyyətli şəxsin təyin olunmasını dəfələrlə tələb etmişik".

Məqalədə: #Knesset #Knesset səsverməsi #Knesset Araşdırma və İnformasiya Mərkəzi #Knessetdə səsvermə: Netanyahunun bloku zalı tərk etdi #Knesset medalı (Knesset Medal) qalmaqalı və Ben Kaspitin araşdırması

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.