15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ Ərəb turizmi
Ərəb turizmi

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur

Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti əmirlikdəki mehmanxana sektorunda yerli mədəniyyəti təbliğ etmək məqsədilə yeni "BƏƏ qonaqpərvərlik standartları"nı istifadəyə verib.

8 Sentyabr 2026 07:47
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur

Əbu-Dabi əmirliyi ərazisində fəaliyyət göstərən bütün hotellər və hotel tipli mənzillər üçün yeni "BƏƏ qonaqpərvərlik standartları"nı rəsmən təqdim edib. ArabAZ xəbər verir ki, ölkəyə gələn turistlərin təcrübəsinə yerli mədəniyyət və ənənələri aşılamaq məqsədi daşıyan bu standartların tam tətbiqinə 2027-ci ilin birinci rübündən etibarən başlanacaq.

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar? Bunu da oxuyun BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?

Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti (DCT Abu Dhabi) bildirib ki, yeni sistem qonağın qarşılanmasından yola salınmasınadək keçdiyi səkkiz mərhələni əhatə edən 65 fərqli meyardan ibarətdir. Bu mexanizmin əsas məqsədi qonaqların qaldıqları müddətdə BƏƏ-nin özünəməxsus qonaqpərvərlik elementlərini birbaşa hiss etmələrini təmin etməkdir.

Qaydalar çərçivəsində qonaqlara ənənəvi ərəb qəhvəsi və xurmasının təqdim olunması, yerli inqrediyentlərlə hazırlanan milli yeməklərin təklif edilməsi, eləcə də hotellərin dizayn və tərtibatında BƏƏ-nin tarixi və mədəni irsinin əks etdirilməsi yer alır.

Eyni zamanda tələblər sırasına hotellər üçün icbari öhdəliklər daxil edilib; bunlara qeydiyyat şöbəsinin (resepsiya) və müştəri xidmətləri personalının ölkənin tarixi, irsi və milli mədəniyyəti üzrə xüsusi təlimlərdən keçməsi tələbi aiddir.

Təşəbbüs Əbu-Dabinin turizm və qonaqpərvərlik sektorunda BƏƏ-nin milli kimliyini gücləndirməyi hədəfləyir və "BƏƏ Milli Kimlik Strategiyası" ilə tam uzlaşır.

Sözügedən standartlar Milli Layihələr Ofisi ilə əməkdaşlıq şəraitində, həmçinin Federal Milli Şuranın "BƏƏ İnsan Resurslarının və Cəmiyyətinin Gücləndirilməsi üzrə Milli Kimlik Komitəsi"nin dəstəyi ilə hazırlanıb.

Bu təşəbbüs eyni zamanda qonaqlara əmirliyin köklü mədəniyyətinə və ənənələrinə əsaslanan fərqli təəssürat bəxş etməklə "Əbu-Dabi Turizm Strategiyası 2030"un hədəflərini reallaşdırmağa xidmət edir.

Strategiyanın məqsədi Əbu-Dabinin qlobal aparıcı turizm məkanı kimi mövqeyini möhkəmləndirmək, eyni zamanda əmirlikdəki sürətli turizm inkişafının yerli mədəni kimlik və tarixi irslə sıx bağlı qalmasını təmin etməkdir.

Məqalədə: #BƏƏ #BƏƏ şirkətləri #BƏƏ və Türkiyə müdafiə əməkdaşlığı #milli kimlik və dini dəyərlər #Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti #BƏƏ qonaqpərvərlik standartları #DCT Abu Dhabi #Əbu-Dabi qonaqpərvərlik standartları #DCT Abu Dhabi qaydaları #BƏƏ milli kimlik strategiyası #Əbu-Dabi hotelləri 2027 tələbləri #hotel işçilərinə mədəniyyət təlimi #Əbu-Dabi Turizm Strategiyası 2030 #Abu Dhabi launches Emirati hospitality standards for hotels #Milli Layihələr Ofisi

Mövzu üzrə digər xəbərlər

Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?

16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
BƏƏ

“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb

16:46
“Royal Jordanian” Əqabə–Ər-Riyad reyslərinə başlayır
Səudiyyə Ərəbistanı

“Royal Jordanian” Əqabə–Ər-Riyad reyslərinə başlayır

16:32
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Ərəb turizmi

Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır

09:09

Son Xəbərlər

Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
19:15
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
19:08
Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.