Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyi Keniyada təbliğatçılar, imamlar və xətiblər üçün dördüncü təlim kursunu keçirib.
ArabAZ xəbər verir ki,təlim kursu din xadimlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dini maarifləndirmə və təbliğat fəaliyyətində imkanlarının artırılması məqsədi daşıyıb.
Tədbir Səudiyyə Ərəbistanının digər ölkələrdə dini sahədə təlim və maarifləndirmə proqramlarının həyata keçirilməsi çərçivəsində təşkil olunub. Kursda imam və xətiblərin peşəkar hazırlığının gücləndirilməsi və dini fəaliyyətin inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.