12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

İraqın Bəsrə yaxınlığındakı Xor əl-Əmaya limanında təxminən 2 milyon barel neft daşıyan tanker pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

9 Sentyabr 2026 18:20
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

İraqın Bəsrə yaxınlığındakı Xor əl-Əmaya neft limanında neft tankerinə hücum edilib.

ArabAZ xəbər verir ki, İraq mənbəsinin məlumatına görə, tanker ölkənin ərazi sularında, Bəsrə yaxınlığındakı Xor əl-Əmaya limanının yükləmə sahəsində olarkən hədəfə alınıb.

İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb Bunu da oxuyun İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

Mənbənin bildirdiyinə görə, hücuma məruz qalan tanker təxminən 2 milyon barel İraq neftini daşıyırdı.

Reuters-in məlumatına əsasən, Panama bayrağı altında üzən “New Andros” tankeri İraq sularında pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb və gəmidə yanğın baş verib. Hadisə nəticəsində 22 ekipaj üzvünün heç birinin xəsarət almadığı bildirilib.

İraq Neft Nazirliyi gəminin gövdəsinə cüzi ziyan dəydiyini və yükün suya sızmadığını açıqlayıb. Nazirlik hadisənin naməlum mənbə tərəfindən törədildiyini bildirib.

Hücum Hörmüz boğazı və Körfəz ətrafında dəniz nəqliyyatına qarşı hücumların artdığı bir vaxtda baş verib.

Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu da Körfəzin şimal hissəsində və Oman körfəzində bir neçə ticarət gəmisinin hərbi fəaliyyət fonunda hücuma məruz qaldığı barədə məlumat aldığını açıqlayıb.

Son hadisələr Yaxın Şərqdə davam edən ABŞ-İran qarşıdurmasının enerji daşıyıcılarının daşınmasına və regionun əsas dəniz yollarına yaratdığı riskləri daha da artırıb.

Məqalədə: #neft #İraq #neft tankeri #Dəniz təhlükəsizliyi #Hörmüz boğazı #Bəsrə #pilotsuz uçuş aparatı #Körfəz #Xor əl-Əmaya

Mövzu üzrə digər xəbərlər

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

21:00
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

18:27
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.