5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriya Prezidenti Əhməd əş-Şəraa ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb

Suriya Prezidenti Əhməd əl-Şəraa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüş keçirib. Bu görüş Suriya ilə Qərb arasında münasibətlərin genişlənməsi və ölkənin beynəlxalq təcriddən çıxışında mühüm addım kimi qiymətləndirilir.

23 Sentyabr 2025 10:44
Suriya Prezidenti Əhməd əş-Şəraa ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb

BAKI, AzerVoice, Fərid Mikayılov

Suriya Prezidenti Əhməd əl-Şəraa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüş keçirib.

AzerVoice xəbər verir ki, bu görüş Suriya ilə Qərb arasında münasibətlərin genişlənməsi və ölkənin beynəlxalq təcriddən çıxışında mühüm addım kimi qiymətləndirilir.

Əş-Şəraa, 60 ilə yaxın fasilədən sonra BMT-də yüksək səviyyəli toplantıya qatılan ilk suriyalı liderdir.

Xatırladaq ki, 1967-ci ildən bu yana ilk dəfə BMT-də Suriya dövlət başçısı iştirak edir. 2024-cü ilin dekabrında Əş-Şəraa rəhbərlik etdiyi müxalifət koalisiyası ilə Bəşər Əsəd rejimini devirmiş, bununla da ölkədə təxminən 14 illik vətəndaş müharibəsinə son qoymuşdu.

O vaxtdan bəri yeni rəhbərlik ərəb ölkələri və Qərblə diplomatik əlaqələri bərpa etməyə çalışır. ABŞ administrasiyası isə Suriyanın sabitləşməsi məqsədilə Əsəd dövründə tətbiq olunan bir sıra sanksiyaları yumşaldıb.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Rubio ilə görüşdə terrorla mübarizə, itkin düşmüş amerikalılar və Suriya-İsrail münasibətlərinin regional təhlükəsizliyə təsiri kimi mövzular müzakirə olunub.

Əş-Şəraa isə Suriya ilə İsrail arasında danışıqların getdiyini, lakin ölkəsinin Abraham Razılaşmalarına qoşulmayacağını bəyan edib.

“Suriya İsrailin qonşusudur və mindən çox hücuma, reydə məruz qalıb. Bizim vəziyyətimiz digər ərəb ölkələrindən fərqlidir. Hazırda 1974-cü il atəşkəsinə qayıtmaq istiqamətində müxtəlif mərhələlərdə danışıqlar aparılır”- deyə Suriya lideri bildirib.

Məqalədə: #ABŞ #Nyu-York #Suriya #Dəməşq #Vaşinqton #Marko Rubio #İkitərəfli münasibətlərin inkişafı #ABŞ-ın Suriyaya tələbləri #Suriya ABŞ münasibətləri #Əhməd əş-Şəraa

Mövzu üzrə digər xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

18:03

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.