12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. Trend-in məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki liderin görüşünün yerli vaxtla saat 19:00-da başladığı və görüşün mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.

10 Noyabr 2025 22:52
ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. AzerVoice-un məlumatına görə, Ağ Evdən verilən açıqlamada görüşün yerli vaxtla saat 19:00-da başladığı və mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.

Görüşlə eyni vaxtda Ağ Ev administrasiyası Suriyaya qarşı tətbiq edilən “Sezar” sanksiyalarının dayandırıldığını açıqlayıb. Məlumata görə, sanksiyalar İran və Rusiya ilə əlaqəli əməliyyatlar istisna olmaqla digər bütün istiqamətlərdə ləğv edilib.

Diplomatik mənbələr bildirib ki, tərəflər əsasən ABŞ-nin Suriyaya qarşı sanksiyaları, regional təhlükəsizlik məsələləri və humanitar yardım mexanizmləri ilə bağlı başlıqları müzakirə ediblər. “Sezar” sanksiyalarının dayandırılması görüşün əsas gündəm mövzusu kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Anadolu Agentliyinə açıqlamasında “Sezar” qanununa yenidən baxılmasını və sanksiyaların yumşaldılmasını dəstəklədiyini bildirmişdi. Bu addım Vaşinqtonun Suriya ilə diplomatik münasibətləri yenidən nəzərdən keçirdiyinə dair ehtimalları gücləndirib.

Mütəxəssislər görüşü ABŞ–Suriya münasibətlərində uzun fasilədən sonra yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirlər. Sanksiyaların qaldırılması halında bölgədə geosiyasi balansda ciddi dəyişikliklərin baş verə biləcəyi qeyd olunur.

Məqalədə: #Suriya #Əhməd Əl-Şaraa #Suriya xəbərləri #Silahlı qruplar və Suriya #Əhməd Şaraa yeni Suriya hökuməti #Suriya ABŞ münasibətləri #ABŞ və Suriya diplomatiyası #ABŞ Dövlət Departamenti və Suriya #Suriya iqtisadiyyatı #Sezar sanksiyaları #Sezar sanksiyalarının ləğvi

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.