8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

ABŞ Suriyada yalnız bir hərbi baza saxlamağı planlaşdırır

3 İyun 2025 14:45
ABŞ Suriyada yalnız bir hərbi baza saxlamağı planlaşdırır

BAKI, AzerVoice

ABŞ Suriyadakı hərbi bazalarının əksəriyyətini bağlamağa hazırlaşır .

AzerVoice xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ölkəsinin Suriyadakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltdığını və yalnız bir bazanın fəaliyyətini davam etdirəcəyini bildirib.

“Əməliyyat çərçivəsində hərbi mövcudluğumuzu azaltdıq. Səkkiz bazamızı əvvəlcə beşə, daha sonra üçə endirdik. Yəqin ki, yalnız bir bazanı saxlayacağıq” - deyə NTV telekanalına verdiyi müsahibədə Barak deyib.

Barak həmçinin vurğulayıb ki, prezident Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni administrasiya hələ də ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir.

Qeyd edək ki, ABŞ on ildən artıqdır ki, Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində hərbi iştirakını davam etdirirdi. İŞİD-in məğlubiyyətindən sonra bu mövcudluğun gələcəyi müzakirə mövzusuna çevrilmişdi.

Altı ay əvvəl Suriya prezidenti Bəşər Əsədin devrilməsi və vətəndaş müharibəsinin başa çatması fonunda ölkədə yeni rəhbərlik məzhəb qarşıdurmaları və təhlükəsizliklə bağlı çətinliklərlə üzləşir.

Pentaqon isə aprel ayında verdiyi açıqlamada Suriyada yerləşdirilən ABŞ hərbçilərinin sayının yaxın aylarda 1000 nəfərdən az olacağını bildirmişdi.

Məqalədə: #ABŞ #Suriya #Əhməd Əl-Şaraa #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Suriya ABŞ münasibətləri #ABŞ Suriya münasibətləri #Tomas Barak #Tomas Barak Suriya üzrə nümayəndə

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.