6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

Suriyanın İdlib əyalətindəki düşərgələrdən 308 məcburi köçkün ailənin ölkənin beş əyalətində yerləşən doğma yaşayış məntəqələrinə qayıtması üçün karvan yola düşüb.

4 Sentyabr 2026 15:19

ArabAZ xəbər verir ki,ailələr İdlib, Həma, Homs, Dəməşq ətrafı və Hələb əyalətlərindəki yaşayış məntəqələrinə qayıdır. Qayıdış proqramı İdlib qubernatorluğunun təşəbbüsü ilə Sosial Məsələlər və Əmək İdarəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), “Muzn” təşkilatı, Suriya Ərəb Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi İdarəsi ilə koordinasiya şəraitində həyata keçirilir.

Təşəbbüsün məqsədi ailələrin doğma ərazilərində şərait yaxşılaşdıqca onların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək, həmçinin logistika və zəruri ləvazimatlarla dəstək göstərməkdir.

İdlib Sosial Məsələlər və Əmək İdarəsinin şimal şöbəsinin direktoru Məhəmməd Bakir bildirib ki, sonuncu karvan yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən daha geniş qayıdış planının bir hissəsidir. Onun sözlərinə görə, hakimiyyət orqanları ailələrin toplanış məntəqələrindən kənd və şəhərlərinə çatdırılmasını koordinasiya edir. Bakir İdlibin ilin sonunadək düşərgələrdəki çadırların tamamilə aradan qaldırılması hədəfinə çatacağına ümid etdiyini bildirib.

Qayıdan ailələrdən biri yeddi illik məcburi köçkünlükdən sonra Məarrət ən-Numana qayıdan Abdullah Əhməd Dadudur. O, düşərgədə keçirdiyi çətin illərdən sonra qayıdışı ailəsi üçün yeni başlanğıc kimi qiymətləndirib.

Digər qayıdan şəxs Əbu əl-Duhur sakini Əbdülməlik əl-Əhməd isə yaşayış məntəqələrində əsas xidmətlərin bərpa olunacağına və ailələrin həyatlarını yenidən qurmasına imkan yaradılacağına ümid etdiyini bildirib.

Bu qayıdışdan əvvəl sentyabrın 1-də 186 ailə İdlib düşərgələrindən ölkənin beş əyalətindəki doğma yaşayış məntəqələrinə yola salınıb. İdlib qubernatorluğu və beynəlxalq tərəfdaşları məcburi köçkünlərin qayıdış proqramları ilə yanaşı, onların yerləşdirildiyi ərazilərdə infrastrukturun bərpası və əsas xidmətlərin yenidən təmin edilməsi istiqamətində işləri davam etdirir.

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Məqalədə: #Suriya #UNHCR #İdlib #İnfrastrukturun bərpası #Məcburi köçkünlər #308 ailə #köçkün düşərgələri #Suriya Ərəb Qızıl Aypara Cəmiyyəti #Suriya üzrə qayıdış proqramı

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.