13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

Müfti qərarı təsdiqlədi: Misiri sarsıdan "Böyük narkotik işi"ndə son nöqtə

6 Sentyabr 2026 13:56
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

Misirli televiziya aparıcısı və prodüser Sara Xəlifə ilə yanaşı daha 11 nəfər barəsində çıxarılan asılaraq edam hökmü ölkə ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Müftinin rəyi ilə təsdiqlənən və narkotik maddələrin ölkəyə gətirilməsi, istehsalı və qanunsuz dövriyyəsi ittihamlarını əhatə edən bu məhkəmə qərarından sonra tanınmış aparıcının adı "Google" və "X" sosial şəbəkələrinin Misir seqmentində ən çox axtarılan mövzuya ("trend") çevrilib.

Baş Prokurorluq prodüser və aparıcı Sara Xəlifə Həmada da daxil olmaqla ümumilikdə 28 təqsirləndirilən şəxsin işini Cinayət Məhkəməsinə göndərmişdi. Onlara qarşı sintetik narkotik maddələrin hazırlanmasında istifadə edilən xammalın ölkəyə gətirilməsi, satış məqsədilə istehsalı, habelə qanunsuz odlu silah və döyüş sursatı saxlamaq məqsədilə mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamları irəli sürülüb.

İstintaq materiallarına əsasən, müsadirə edilən maddələrin həcminə və şəbəkə üzvlərinin sayına görə mediada "Böyük narkotik işi" adlandırılan bu cinayət prosesi çərçivəsində təxminən 750 kiloqram hazır narkotik vasitə və istehsal üçün nəzərdə tutulmuş xammal ələ keçirilib.

Bundan əlavə, Sara Xəlifə və digər 3 şəxs Əl-Əcuzə rayonundakı mənzilində bir gənci qanunsuz azadlıqdan məhrum etmə, döymə, cinsi zorakılıq törətmə və onu lüt vəziyyətdə videoya çəkməkdə də ittiham olunur.

"Böyük narkotik işi" üzrə hökm 9 nəfərin iştirakı ilə , biri İraq vətəndaşı olmaqla qaçaq vəziyyətdə olan iki nəfər barəsində isə qiyabi çıxarılıb. Eyni zamanda, doqquz müttəhim ömürlük azadlıqdan məhrum edilib, yeddi nəfər barəsində isə bəraət hökmü verilib.

Əl-Təcəmmü əl-Əvvəl Cinayət Məhkəməsinin 2025-ci il üzrə 6838 nömrəli işinin istintaq materiallarına görə, şəbəkəyə İraq vətəndaşı Dureyd Əbdüllətif əs-Samərrai və Qahirənin Əl-Cəmalliyyə məhəlləsində yaşayan misirli bir şəxs rəhbərlik edib; hər iki şəxs hazırda qaçqınlıqdadır. Şəbəkəyə həmçinin Sara Xəlifə, idxal ofisi sahibi olan bir şəxs və tikinti şirkəti rəhbəri daxil olub.

Əməliyyat-axtarış tədbirləri hər bir müttəhimin fərdi rolunu müəyyən edib. İttihama görə, təqsirləndirilən Sara Xəlifə tələb olunan maliyyə vəsaitini təmin edib, təşkilatın birinci və ikinci rəhbərləri ilə görüşmək və digər şəbəkə üzvləri ilə əlaqələndirmə aparmaq üçün xaricə səfərlər həyata keçirib. Xaricdə müqavilələr bağlanaraq xammal alındıqdan sonra digər üzvlər həmin maddələri gizli yollarla Misirə keçiriblər.

Misir Nümayəndələr Palatasının keçmiş üzvü, general-mayor Tamer əş-Şəhavi bildirib ki, çıxarılan qərar 1960-cı il tarixli 182 nömrəli Narkotiklə Mübarizə Qanununun sərt tətbiqidir və ölkə gəncliyini məhv etmək istəyənlər üçün çəkindirici mesaj xarakteri daşıyır. O, "Əş-Şərq əl-Əvsət"ə açıqlamasında bu davanın dövlətin sintetik narkotik mafiyasına qarşı apardığı və terrordan heç də az təhlükəli olmayan gerçək müharibə olduğunu vurğulayıb.

Şəhavi əlavə edib ki, bu, birinci instansiya məhkəməsinin qərarıdır və qəti deyil: müttəhimlərin hökmün əsaslandırılmış mətni təqdim edildikdən sonra 30 gün ərzində Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ qalır ki, bu da Misir hüquq sistemində ədalət zəmanətinin tərkib hissəsidir.

Hüquqşünas Məbruk Həsən isə qeyd edib ki, Cinayət Məcəlləsi narkotik ticarəti ilə məşğul olanlar üçün ölüm cəzasını nəzərdə tutur və cəzanın ağırlıq dərəcəsini məhkəmənin mülahizəsinə buraxır: "Əsas cəza narkotik əkən, ölkəyə gətirən və ya yayanlar üçün edamdır. Lakin ələ keçirilən miqdar az olduqda hakim bunu ömürlük həbs və ya 15 ildən çox olmayan cəza ilə əvəzləyə bilər. Lakin Sara Xəlifənin işində ələ keçirilən 750 kiloqramlıq maddə minlərlə insanın həyatını məhv etməyə qadir olduğu üçün birbaşa ən ağır cəza - edam hökmü tətbiq edilib".

Məqalədə: #Sara Xəlifə #Sara Xəlifə edam hökmü #Misir böyük narkotik işi #misirli aparıcı narkotik qalmaqalı #sintetik narkotik mafiyası Misir #Qahirə Cinayət Məhkəməsi hökmü #750 kq narkotik xammalı #Misir qanunvericiliyi ölüm hökmü #Xaricə səfərlər və gizli maliyyələşdirmə

Mövzu üzrə digər xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir

Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb

12 Sentyabr 19:21
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Misir

Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?

12 Sentyabr 18:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Misir

Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir

12 Sentyabr 13:36

Son Xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.