İraq və Suriya arasında ikitərəfli ticarətin artırılması və İraq ixracının genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə ArabAZ məlumat verir.
Məlumata görə, İraqın ticarət naziri Mustafa Nizar əl-Ani ilə Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar arasında keçirilən görüşdə iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib.
Tərəflər İraq məhsullarının Suriya bazarına çıxarılmasının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüş zamanı iki ölkə arasında ticarət əlaqələrinin qarşılıqlı iqtisadi maraqlar əsasında inkişaf etdirilməsinin və mövcud imkanlardan daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.