6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

Cümə namazı isə yalnız camaatla qılınan bir namazdır və fərdi şəkildə, yəni təkbaşına qılınmaz. Digər fərz namazlarda imamla birlikdə bir nəfərin olması camaat üçün kifayət etdiyi halda, cümə namazında camaatın sayı daha çox olmalı, müəyyən həddən az olmamalıdır.

30 Avqust 2026 10:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

BAKI,VOA

Vaxt namazlarının fərzlərində, biri imam, digəri isə camaat olmaqla iki nəfərlə də olsa namaz camaatla qılına bilər. İmama uyan uşaq da ola bilər. Bu səbəbdən evdə, iş yerində, bağda – harada olursa olsun, iki nəfər vaxt namazlarını camaatla qıla bilər. Beləliklə, camaat savabı da əldə edərlər.

Cümə namazı isə yalnız camaatla qılınan bir namazdır və fərdi şəkildə, yəni təkbaşına qılınmaz. Digər fərz namazlarda imamla birlikdə bir nəfərin olması camaat üçün kifayət etdiyi halda, cümə namazında camaatın sayı daha çox olmalı, müəyyən həddən az olmamalıdır.

Cümə namazı üçün tələb olunan minimum say barəsində məzhəblər arasında müxtəlif fikirlər mövcuddur.

Hənəfi məzhəbi:
İmam Əbu Hənifə və İmam Məhəmmədə görə, cümə namazı üçün imamdan başqa ən azı üç nəfərin olması şərtdir. Bu şəxslər yolçu və ya xəstə olsalar belə, şərt yerinə yetmiş sayılır. İmam Əbu Yusufa görə isə, imamdan başqa ən azı iki nəfər kifayətdir.
Əbu Hənifəyə görə, cümə namazının düzgün olması üçün bu minimum say birinci rükətin səcdəsinə qədər qalmalıdır. Əbu Yusufa və Məhəmmədə görə, iftitah təkbiri alınana qədər, Zufərə görə isə ikinci rükətdən sonra təşəhhüd miqdarı oturulana qədər davam etməlidir. Camaat bu vaxtdan əvvəl dağılsa, cümə namazı batil olar və əvəzində zöhr namazı qılınmalıdır.

Şafi məzhəbi:
Şafi alimlərinə görə, bir yerdə cümə namazı qılınması üçün ağıllı, həddi-buluğa çatmış, azad, kişi, mukim və həmin yerdə yaşayan ən azı qırx məsul şəxsin olması vacibdir. Əgər bu qırx nəfərin içində qadın, yolçu və ya müvəqqəti olaraq ticarət və ya təhsil məqsədi ilə orada olanlar varsa, onların iştirakı sayılmır və belə halda cümə namazı qılınmaz.
Həmçinin, köçəri həyat sürənlər də say hesab edilmir. Hətta qırx nəfərin içində “Fatihə” surəsini oxuya bilməyən biri olsa, o da saydan çıxarılır. Bu səbəbdən say qırxdan aşağı düşərsə, cümə namazı səhih olmaz. Ancaq öyrənməyə çalışdığı halda hələ bacarmayanlar sayılır. İmamın yolçu olması halında isə, imamdan başqa qırx nəfərin olması şərtdir.
Bu məzhəbə görə, hutbə və ya namaz əsnasında say qırxdan aşağı düşərsə, namaz fâsid sayılır.

Hənbəli məzhəbi:
Onların fikirləri ümumi olaraq Şafi məzhəbinin görüşünə yaxındır.

Maliki məzhəbi:
Məşhur və üstün tutulan rəyə görə, cümə namazı üçün imamdan başqa ən azı on iki nəfərin olması vacibdir. Bununla yanaşı, İmam Malikdən qırx nəfərdən az sayla da cümə namazının qılınmasının mümkün ola biləcəyi, amma üç-dörd nəfərlə qılınmasının caiz olmadığı barədə də bir fikir nəql olunub. Maliki məzhəbinə görə, cümə namazında imamın mukim (yəni orada yaşayan) olması vacibdir.

Məqalədə: #Hənəfi məzhəbi #Hənəfi məzhəbində dua qaydaları #Şafii məzhəbində dua hökmü #hənəfi məzhəbində qadın namazı #Hənbəli məzhəbi #Cümə namazının şərtləri #namazının şərtləri #Cümə namazı

Mövzu üzrə digər xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

18:00
Türkiyədə məktəb daxilində məscidlər açılacaq
Türkiyə

Türkiyədə məktəb daxilində məscidlər açılacaq

28 İyul 11:42
Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər
İslam və həyat: Şəriət sualları

Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

14 İyun 10:51
Məscid-ül Əqsada 65,000 ibadət edən toplaşıb
Yaxın Şərq

Məscid-ül Əqsada 65,000 ibadət edən toplaşıb

5 İyun 20:09

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.