11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

Türkiyənin cənubundakı Mersin limanında etilakrilat kimyəvi maddəsinin sızması baş verib, nəticədə 35 nəfər zərər çəkib.

4 Sentyabr 2026 16:38
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

Türkiyənin cənubundakı Mersin limanında etilakrilat kimyəvi maddəsinin sızması baş verib, nəticədə 35 nəfər zərər çəkib.

ArabAZ xəbər verir ki,bu barədə Mersin vilayəti qubernatorunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, insident ötən gecə yerli vaxtla təxminən saat 02:20-də limanın beynəlxalq zonasında baş verib.

“İstintaq nəticəsində müəyyən edilib ki, tikinti texnikası konteynerin üzərinə aşıb, nəticədə sızma baş verib və etilakrilat kimi identifikasiya edilən maddənin yayılması səbəbindən kəskin qoxu yaranıb. Kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi bölmələri tərəfindən aparılan ölçmələr hər hansı təhlükəli konsentrasiyanın olmadığını göstərib. Ehtiyat tədbiri olaraq qəza baş verən ərazidə təhlükəsiz zona yaradılıb, konteyner isə operativ şəkildə təcrid olunmuş ərazidəki təhlükəsiz sahəyə köçürülüb”, – deyə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, “kəskin qoxudan zərər çəkən 35 nəfərin səhhəti yaxşıdır”. Onlar həkimlərin nəzarəti altındadır. Vilayət hakimiyyəti insidentlə bağlı araşdırmaya başlayıb.Məlumat üçün bildirək ki, etilakrilat kəskin qoxulu, polimerlərin alınması üçün xammal kimi istifadə olunan rəngsiz mayedir.

Məqalədə: #Türkiyə #kimyəvi maddə #liman #qubernator #Mers #etilakrilat #35 nəfər zərər çəkib #beynəlxalq zona #kəskin qoxu

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.