15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Rusiyada “Qanlı Bazar” qətliamı baş verdi

1905-ci ilin 22 yanvarında Rusiyanın paytaxtı Sankt-Peterburqda çar hakimiyyətinə qarşı dinc etiraz aksiyası qanlı repressiya ilə nəticələnərək tarixə “Qanlı Bazar” qətliamı kimi düşüb. Yaponiyaya qarşı uğursuz müharibə fonunda daxili narazılığın kəskinləşdiyi bir dövrdə, Romanovlar sülaləsindən olan çar II Nikolayın hakimiyyəti altında Rusiya cəmiyyəti dərin siyasi və sosial böhran yaşayırdı. Korrupsiya, siyasi təzyiqlər və sosial ədalətsizliklər ölkədə geniş narazılıq doğurmuşdu. Bu şəraitdə fəhlə və sosialist hərəkatları güclənir, xaricdə yaşayan inqilabçı liderlər, o cümlədən Vladimir Lenin, çar rejiminin devrilməsi üçün tərəfdar toplayırdı.

22 Yanvar 2026 02:00
Bu gün Rusiyada “Qanlı Bazar” qətliamı baş verdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

1905-ci ilin 22 yanvarında Rusiyanın paytaxtı Sankt-Peterburqda çar hakimiyyətinə qarşı dinc etiraz aksiyası qanlı repressiya ilə nəticələnərək tarixə “Qanlı Bazar” qətliamı kimi düşüb.

Yaponiyaya qarşı uğursuz müharibə fonunda daxili narazılığın kəskinləşdiyi bir dövrdə, Romanovlar sülaləsindən olan çar II Nikolayın hakimiyyəti altında Rusiya cəmiyyəti dərin siyasi və sosial böhran yaşayırdı. Korrupsiya, siyasi təzyiqlər və sosial ədalətsizliklər ölkədə geniş narazılıq doğurmuşdu. Bu şəraitdə fəhlə və sosialist hərəkatları güclənir, xaricdə yaşayan inqilabçı liderlər, o cümlədən Vladimir Lenin, çar rejiminin devrilməsi üçün tərəfdar toplayırdı.

22 yanvar 1905-ci ildə keşiş Georgi Qaponun rəhbərliyi ilə minlərlə fəhlə Sankt-Peterburqdakı Qış Sarayına yürüş edərək çara sosial islahatlarla bağlı tələblərini təqdim etmək istəyib. Lakin imperiya qoşunları dinc nümayişçilərə atəş açıb, nəticədə yüzlərlə insan həlak olub və yaralanıb. Hadisə ölkə miqyasında kütləvi tətillərə və iğtişaşlara səbəb olub.

Qətliamdan sonra çar II Nikolay vəziyyəti sakitləşdirmək üçün nümayəndəli qanunverici orqanların – Dumaların yaradılacağını vəd etsə də, rejimin repressiv mahiyyəti dəyişməyib. Növbəti illərdə siyasi gərginlik daha da artıb və Birinci Dünya müharibəsinin yaratdığı ağır yük Rusiyanı inqilaba aparan prosesi sürətləndirib.

Məqalədə: #Tarixdə bu gün: Rusiyada Qanlı Bazar qətliamı #22 yanvar 1905: Qanlı Bazar hadisələri #Sankt-Peterburqda dinc yürüş qan içində boğuldu #Qanlı Bazar Rusiyada inqilab yolunu açdı #Çar Rusiyasında Qanlı Bazar faciəsi #Tarixi hadisə: Qanlı Bazar və çar rejiminin süqutu #Tarihte bugün: Rusya’da Kanlı Pazar Katliamı #22 Ocak 1905: Kanlı Pazar olayları #St. Petersburg’da barışçıl yürüyüş kana bulandı #Kanlı Pazar Rus Devrimi’nin habercisi oldu #Çarlık Rusyası’nda Kanlı Pazar faciası #Tarihi dönüm noktası: Kanlı Pazar

Mövzu üzrə digər xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Tarixdə bu gün

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi

00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 15 sentyabr

00:01
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Tarixdə bu gün

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt

14 Sentyabr 02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 14 sentyabr

14 Sentyabr 00:01

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.