11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Limada futbol faciəsində 300 - dən çox azarkeş öldü

Hadisə oyunun son dəqiqələrində baş verib

24 May 2026 04:00
Bu gün Limada futbol faciəsində 300 - dən çox azarkeş öldü

BAKI,VOA

1964-cü il mayın 24-də Perunun paytaxtı Lima şəhərində keçirilən futbol qarşılaşması tarixə ən dəhşətli stadion faciələrindən biri kimi düşüb. 1964 Olimpiya Oyunlarının seçmə mərhələsi çərçivəsində Peru və Argentina milli komandaları arasında keçirilən oyunda baş verən iğtişaş nəticəsində 300-dən çox insan ölüb, təxminən 500 nəfər yaralanıb.

Hadisə oyunun son dəqiqələrində baş verib. Peru yığması hesabı bərabərləşdirdiyini düşündüyü anda hakim qolu qeydə almayıb. Qərar tribunadakı minlərlə azarkeşin kəskin etirazına səbəb olub və qısa müddətdə stadionda xaos yaranıb.

Azarkeşlərin bir hissəsi meydana daxil olmağa çalışıb, təhlükəsizlik qüvvələri isə sərt müdaxilə edib. Ardınca stadionda izdiham və panika başlayıb. Çıxışlara doğru qaçan insanlar sıxlıq səbəbindən bir-birinin altında qalaraq həyatını itirib.

Faciə uzun illər futbol tarixinin ən ölümcül stadion hadisəsi hesab olunub. Yalnız 1982-ci ildə Moskva şəhərində baş verən stadion faciəsində daha çox insan həlak olub. Həmin hadisədə 340 nəfər ölüb.

Tarixçilər qeyd edirlər ki, futbol stadionlarında kütləvi faciələrin tarixi daha əvvələ gedib çıxır. 1946-cı ildə İngiltərənin Bolton şəhərində həddindən artıq izdiham səbəbindən baryerin çökməsi nəticəsində 33 azarkeş həyatını itirmişdi.

Lima faciəsi isə stadion təhlükəsizliyi qaydalarının yenidən nəzərdən keçirilməsinə səbəb olan əsas hadisələrdən biri hesab olunur. Hadisədən sonra bir çox ölkələrdə stadion çıxışları, təhlükəsizlik planları və izdiham idarəetməsi ilə bağlı yeni qaydalar tətbiq edilməyə başlanıb.

Məqalədə: #Peru #Lima şəhəri #ən dəhşətli stadion faciələri #1964 Olimpiya Oyunları #Peru və Argentina milli komandaları #Peru yığması

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.