11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bala Buşun doğumundan Ağ Evə uzanan siyasi yolu - Bu gün onun ad günüdü

ABŞ-ın 43-cü prezidenti Corc Uoker Buş 6 iyul 1946-cı ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub

6 İyul 2026 03:00
Bala Buşun doğumundan Ağ Evə uzanan siyasi yolu - Bu gün onun ad günüdü

BAKI,VOA

ABŞ-ın 43-cü prezidenti Corc Uoker Buş 6 iyul 1946-cı ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. O, ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşun oğludur və sonradan ölkənin ali siyasi rəhbərliyinə yüksələrək iki müddət prezident vəzifəsini icra edib.

Corc Uoker Buş iki yaşında olarkən ailəsi Texas ştatına köçüb. Atası burada neft sənayesində fəaliyyətə başlayıb. Atası ilə eyni adı daşıdığı üçün onu fərqləndirmək məqsədilə ikinci adındakı "W" hərfinə uyğun olaraq "Dubya" ləqəbi ilə tanınıb.

1968-ci ildə Yel Universitetini bitirən Buş daha sonra Texas Milli Hava Qvardiyasında F-102 qırıcı təyyarələrinin pilotu kimi xidmət edib. 1975-ci ildə Harvard Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alaraq atasının yolunu davam etdirib və neft biznesində fəaliyyət göstərməyə başlayıb.

O, 1988-ci ildə atasının uğurlu prezident seçki kampaniyasında, həmçinin 1992-ci ildə keçirilən seçkilərdə iştirak edib. 1989-cu ildə "Texas Rangers" beysbol klubunun ortaq sahiblərindən birinə çevrilən Buş, 1994-cü ildə Texas ştatının qubernatoru seçilib və bu vəzifədə altı il çalışıb.

1999-cu ildə Respublikaçılar Partiyasının namizədi kimi prezident seçkilərinə qatılan Corc Uoker Buş özünü "şəfqətli mühafizəkar" siyasətçi kimi təqdim edib. Seçkilərdə ümumi seçici səslərinin sayına görə rəqibi, demokrat namizəd və vitse-prezident Al Qordan geri qalsa da, Floridada səslərin hesablanması ətrafında yaranan mübahisələrdən sonra seçkinin taleyi məhkəməyə daşınıb. ABŞ Ali Məhkəməsinin mübahisəli qərarı ilə Buş qalib elan olunaraq ölkənin 43-cü prezidenti olub.

Prezident kimi fəaliyyətə başladıqdan sonra Buş həm atasının, həm də Ronald Reyqan administrasiyalarının mühafizəkar siyasi xəttini davam etdirib. O, administrasiyasında hər iki dövrdə çalışmış bir sıra yüksək vəzifəli şəxslərə yer verib. Eyni zamanda, Körfəz müharibəsinin tanınmış hərbi rəhbərlərindən biri olan Kolin Pauelli ABŞ tarixində ilk qaradərili dövlət katibi vəzifəsinə təyin edib.

Buşun prezidentliyinin ilk ili ABŞ tarixinin ən faciəli hadisələrindən biri ilə yadda qalıb. 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən qaçırılmış sərnişin təyyarələri Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə və Vaşinqton yaxınlığındakı Pentaqona çırpılıb. Hücumlar nəticəsində təxminən 3 min nəfər həyatını itirib. Bu hadisə 1941-ci ildə Pörl-Harbora hücumdan sonra ABŞ ərazisində baş vermiş ən ağır terror aktı kimi tarixə düşüb.

Bundan sonra Corc Uoker Buş administrasiyası "terrora qarşı müharibə" elan edib. İlk hərbi əməliyyatlar "Əl-Qaidə" terror şəbəkəsinin bazalarının yerləşdiyi Əfqanıstanda başlayıb.

2003-cü ildə ABŞ rəhbərliyi İraqa qarşı hərbi əməliyyatlara start verib. Müdaxilə İraq rəhbəri Səddam Hüseynin BMT öhdəliklərini pozaraq kütləvi qırğın silahları hazırladığı iddiaları ilə əsaslandırılıb. Sonradan bu məlumatların etibarlı olmadığı üzə çıxıb. Həmin ilin dekabrında Səddam Hüseyn ABŞ hərbçiləri tərəfindən saxlanılıb və üç il sonra edam olunub.

ABŞ 2011-ci ildə İraq müharibəsinin rəsmi başa çatdığını elan etsə də, ölkədə sonrakı dövrlərdə də Amerika hərbi kontingenti mövcud olub.

Corc Uoker Buş 2009-cu ilin yanvarında səlahiyyətlərini başa vuraraq vəzifəsini yeni seçilmiş prezident Barak Obamaya təhvil verib.

Məqalədə: #Səddam Hüseyn #Corc Uoker Buş #ABŞ-ın 43-cü prezidenti #Corge Herbert Uoker Buş oğlu #Dubya ləqəbi #1946 Nyu-Heyven #Konnektikut #Texas ştatı #Əfqanıstan hərbi əməliyyatları #2003 İraq müharibəsi #Kütləvi qırğın silahları iddiası #Səddam Hüseynin edamı #2011 İraq müharibəsinin başa çatması

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.