5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Mobil telefon asılılığı - uzaqlaşdırmaq yetərli deyil

4 May 2025 16:00
Mobil telefon asılılığı - uzaqlaşdırmaq yetərli deyil

BAKI, AzerVoice

Smartfonu uzaqlaşdırmaq diqqəti artırmır, sadəcə diqqəti başqa cihazlara yönəldir.

AzerVoice xəbər verir ki, London İqtisadiyyat Məktəbinin alimləri tərəfindən aparılan yeni araşdırma mobil telefonların uzaqlaşdırılmasının iş zamanı süründürməçiliyi və diqqət dağınıqlığını tam aradan qaldırmadığını göstərib.

Tədqiqatın müəllifi Dr. Maxi Heitmayer “Frontiers in Computer Science” jurnalında dərc olunan məqaləsində bildirib ki, problem cihazların özündə deyil, insanın həmin cihazlarla formalaşdırdığı vərdişlərdədir.

Təcrübə Londonda yaşayan, işləyən və ya təhsil alan 22 nəfərin iştirakı ilə həyata keçirilib. İştirakçılar iki gün ərzində səskeçirməz otaqda işləyib, öz telefon və noutbuklarını istifadə ediblər. Telefonlar bəzən birbaşa iş masasının üzərinə, bəzən isə 1,5 metr uzaqda yerləşdirilib. Nəticədə telefon uzaq olanda istifadə azalırdı, lakin iştirakçılar diqqətlərini noutbuklara yönəldirdilər.

“Smartfon yalnız bir cihaz deyil – o, həm də naviqator, zəngli saat, musiqi pleyeri və sosial əlaqə vasitəsidir. Bu qədər funksiyanı özündə birləşdirən cihazın cəlbedici olması təəccüblü deyil”, – deyə Heitmayer qeyd edib.

Tədqiqatçılar bildirirlər ki, istifadəçilər bildirişləri müəyyən saatlara təyin etməklə və səssiz rejimdən istifadə etməklə diqqət dağınıqlığını qismən azalda bilərlər. Lakin sosial media tətbiqlərinin yüksək cəlbediciliyi bu tədbirləri kifayət qədər effektiv etmir.

Qeyd edək ki, Reviews.org platformasının 2023-cü ildə apardığı araşdırmaya görə, amerikalıların 40 faizindən çoxu mobil telefonlarına aludə olduğunu etiraf edib.

Məqalədə: #sosial media #mobil telefon qadağası #Bunu bilirsinizmi? #smartfon diqqət dağınıqlığı #mobil telefon vərdişləri #cihazlardan asılılıq #sosial media aludəçiliyi #mobil telefon istifadəsi statistikası

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?
Texnologiya

Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

5 Avqust 19:11

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.