4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İordaniya
İordaniya

İordaniya hava məkanını bağlayan ilk ölkə olub

İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ardından bölgədə artan gərginlik səbəbindən İordaniya hava məkanını müvəqqəti olaraq bütün uçuşlara bağlayıb.

13 İyun 2025 10:36
İordaniya hava məkanını bağlayan ilk ölkə olub

BAKI, AzerVoice

İordaniya hava məkanını bütün uçuşlar üçün müvəqqəti bağlayıb.

AzerVoice xəbər verir ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ardından bölgədə artan gərginlik səbəbindən İordaniya hava məkanını müvəqqəti olaraq bütün uçuşlara bağlayıb.

İordaniya Mülki Aviasiya Tənzimləmə Təşkilatı tərəfindən yayımlanan açıqlamada, bu qərarın sərnişin və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə önləyici tədbir kimi qəbul edildiyi bildirilib. “Bölgədəki hərbi gərginlikdən doğan potensial risklər nəzərə alınaraq, ölkənin hava sahəsi bütün gələn, gedən və tranzit uçuşlar üçün bağlanıb”, – deyə bəyanatda vurğulanıb.

Qurum qərarın beynəlxalq mülki aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq qəbul edildiyini və vəziyyətin risk qiymətləndirmələri əsasında mütəmadi olaraq yenidən dəyərləndiriləcəyini bildirib. Aviaşirkətlərə sərnişinlərin məlumatlandırılması üçün zəruri elanların verildiyi də açıqlanıb.

Qeyd edək ki, İsrail bu gün səhər saatlarında İranın müxtəlif şəhərlərinə – Tehran, Təbriz, İsfahan (Natanz nüvə obyektləri), Luristan və Kirmanşaha – genişmiqyaslı hücumlar həyata keçirib. Hədəf alınan obyektlər arasında həm hərbi, həm də mülki infrastruktur olub.

Hücumlar nəticəsində İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun rəhbəri general-mayor Hüseyn Səlami və bir neçə nüvə alimi də daxil olmaqla yüksək rütbəli şəxslərin həlak olduğu bildirilir. Eyni zamanda mülki yaşayış məntəqələrinin də zərbələrə məruz qaldığı və çoxlu sayda mülki şəxsin həyatını itirdiyi qeyd olunur.

Məqalədə: #İsrail #İran #İordaniya #İsrail və İran gərginliyi #Aviasiya təhlükəsizliyi #Uçuş təhlükəsizliyi #İsrail hücumları #İran nüvə proqramı #İran İsrail münasibətləri #İran və İsrail kəşfiyyat savaşı

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.