12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran artıq uranı zənginləşdirmək qabiliyyətinə malik deyil – Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu yeraltı sığınacaqda keçirdiyi mətbuat konfransında İranla müharibənin gedişatı barədə mühüm bəyanatlar verib. Baş nazir müharibənin 20-ci günündə İranın nüvə və raket potensialının böyük ölçüdə məhv edildiyini, İsrailin artıq regional fövqəldövlətə çevrildiyini bildirib.

20 Mart 2026 00:19
İran artıq uranı zənginləşdirmək qabiliyyətinə malik deyil – Netanyahu

BAKI,VOA

İsrailin Baş naziri Benyamin Netanyahu yeraltı sığınacaqda keçirdiyi mətbuat konfransında İranla müharibənin gedişatı barədə mühüm bəyanatlar verib. Baş nazir müharibənin 20-ci günündə İranın nüvə və raket potensialının böyük ölçüdə məhv edildiyini, İsrailin artıq regional fövqəldövlətə çevrildiyini bildirib.

VOA xəbər verir ki, Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, Netanyahu çıxışı zamanı mümkün raket zərbələri təhlükəsi səbəbindən mətbuat konfransını xüsusi mühafizə olunan yeraltı bunkerdə keçirib.

Netanyahu qeyd edib ki, 20 günlük intensiv hərbi əməliyyatlardan sonra İranın strateji imkanları iflic vəziyyətindədir.

"Sizə müjdə verə bilərəm ki, İranın artıq uranı zənginləşdirmək və ya ballistik raketlər istehsal etmək qabiliyyəti qalmayıb. Bizim hədəfimiz İranın raketlərini, nüvə layihəsini tamamilə ləğv etmək və xalqın rejimi devirməsi üçün şərait yaratmaqdır."-deyə o bildirib.

Baş nazir İsrail ordusunun və "Mossad"ın qarşısında duran yeni vəzifələri açıqlayıb. O, ötən gün İranın Xəzər dənizindəki donanmasının tamamilə məhv edildiyini bəyan edib.

"Mən orduya və 'Mossad'a göstəriş vermişəm ki, İran rejimi rəsmiləri hətta küçələrdə belə hədəf alınsın. Biz onlara həm havadan, həm dənizdən, həm də yerin altındakı sığınacaqlarda zərbələr endiririk."-deyə o qeyd edib.

Netanyahu Şərqi Aralıq dənizi və Yaxın Şərqin xəritəsini dəyişdirdiyini iddia edib. O, Hörmüz boğazı və Qırmızı dənizə alternativ yolların tapılmasının vacibliyini vurğulayıb. Həmçinin, İranın "Pars" qaz yatağına edilən hücum barədə danışarkən bildirib ki, İsrail bu məsələdə təkbaşına hərəkət edib, Tramp gələcəkdə bu cür (enerji obyektlərinə) hücumların dayandırılmasını xahiş edib.

İsrail xalqının sığınacaqlarda qalmasının orduya böyük dəstək verdiyini deyən Netanyahu, İran rejiminin süqutu ilə "Hizbullah"ın da yox olacağını vurğulayıb. O, hazırda İrana kimin rəhbərlik etdiyi barədə qeyri-müəyyənliyin olduğunu və Tehran rəhbərliyində ciddi problem yaşandığını qeyd edib. "İran minlərlə raketlə bizim qüllələri yıxacağını vəd edirdi, lakin indi Tehran və Beyrutun qüllələri yerlə-yeksan olur," – deyə Netanyahu əlavə edib.

Sonda Baş nazir qeyd edib ki, müharibə insanların düşündüyündən daha tez bitəcək və İsrail artıq qələbə astanasındadır.

Məqalədə: #Benyamin Netanyahu #Əl-Cəzirə #MOSSAD #Netanyahu #Binyamin Netanyahu #Tramp və Netanyahu münasibətləri #Netanyahu və Donald Tramp görüşü #İran kəşfiyyatı və Mossad mübarizəsi #Mossad casus şəbəkələri #Mossad hücumları İran #Hörmüz boğazı #İsrailin Baş naziri Benyamin Netanyahu

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

11 Sentyabr 17:42

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.