8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ və İran atəşkəs elan etdi – Pakistan ilk birbaşa görüşə ev sahibliyi edir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırıldığını və tərəflər arasında iki həftəlik atəşkəs elan edildiyini bəyan edib. VOA xəbər verir ki, bu qərar, Trampın İrana verdiyi ultimatuumun bitməsinə dəqiqələr qalmış Pakistanın vasitəçiliyi ilə əldə olunub.

8 Aprel 2026 05:31
ABŞ və İran atəşkəs elan etdi – Pakistan ilk birbaşa görüşə ev sahibliyi edir

BAKI,VOA

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırıldığını və tərəflər arasında iki həftəlik atəşkəs elan edildiyini bəyan edib. VOA xəbər verir ki, bu qərar, Trampın İrana verdiyi ultimatuumun bitməsinə dəqiqələr qalmış Pakistanın vasitəçiliyi ilə əldə olunub.

"Biz İran tərəfindən 10 bəndlik bir təklif aldıq və bunun müzakirə üçün əlverişli bir əsas olduğuna inanırıq. İrana qarşı bombardmanların və hücumların iki həftə müddətinə dayandırılmasına razılıq verdim. Bu müddət yekun sülh sazişinin tamamlanmasına imkan verəcək."-deyə, Prezident Tramp "Truth Social" platformasında verdiyi açıqlamada bildirib.

Ağ Evin məlumatına görə, ABŞ İranda bütün hərbi məqsədlərinə artıq nail olub və onları ötüb. Atəşkəs rejimi İranın Hörmüz boğazını gəmilərin hərəkəti üçün açdığı andan qüvvəyə minəcək. ABŞ rəsmiləri qeyd edirlər ki, atəşkəs əmrlərinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aşağı rütbəli bölmələrinə çatması müəyyən vaxt apara bilər.

İranın 10 bəndlik təklifi və "Zəfər" bəyanatı

İranın Milli Ali Təhlükəsizlik Şurası bəyan edib ki, rəsmi Tehran "böyük qələbə" qazanaraq ABŞ-ı öz şərtlərini qəbul etməyə məcbur edib. İranın təklif etdiyi 10 bəndlik plan aşağıdakıları nəzərdə tutur:

Hücum etməmək öhdəliyi;

Hörmüz boğazı üzərində İranın nəzarətinin qalması (keçidlərin İran qüvvələri ilə koordinasiya edilməsi);

Uranın zənginləşdirilməsi hüququnun tanınması;

Bütün sanksiyaların ləğvi və dondurulmuş aktivlərin qaytarılması;

Müharibə zərərləri üçün kompensasiya ödənilməsi;

ABŞ qoşunlarının regiondan çıxarılması;

Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması.

Xarici işlər naziri Abbas Araqçı qeyd edib ki, hücumlar dayandırılarsa, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq və Hörmüz boğazından təhlükəsiz keçid iki həftəlik mümkün olacaq.

Livan və İsrailin mövqeyi

Livan tərəfindən rəsmi bəyanat gəlməsə də, İsrailin "Yedioth Ahronoth" qəzeti və "Kanal 12" televiziyası atəşkəsin Livanı da əhatə etdiyini təsdiqləyib. Bildirilir ki, İran atəşkəs üçün Livan cəbhəsinin də daxil edilməsini əsas şərt kimi qoyub. İsrail isə ABŞ-ın vasitəçiliyi ilə hücumları iki həftə müddətinə dayandırmağa razılıq verib, lakin İsrail rəsmilərinin bu razılaşmadan narahat olduğu vurğulanır.

İslamabad Sammiti: Cümə günü ilk birbaşa görüş

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif tərəflərin dərhal atəşkəs barədə razılığa gəldiyini təsdiqləyib. O, ABŞ və İran nümayəndə heyətlərini 11 aprel (cümə günü) İslamabada dəvət edib. Bu görüş müharibənin başlanmasından bəri amerikalı və iranlı rəsmilər arasında ilk birbaşa (üz-üzə) danışıqlar olacaq.

Pakistanın "son on beş dəqiqə" təşəbbüsü Trampın ultimatumunu iki həftə uzatmağa və Hörmüz boğazını "xoş məram nümayişi" kimi açmağa əsaslanır.

Məqalədə: #Şahbaz Şərif #SEPAH #SEPAH raket bölməsi #SEPAH casusları #Sepah və Suriya #Hörmüz boğazı #ABŞ prezidenti Donald Tramp #Truth Social #İran Ali Milli Təhlükəsizlik Şurası #Pakistanın vasitəçiliyi #ABŞ-İran müharibəsi #sanksiyaların ləğvi

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

7 Sentyabr 19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

7 Sentyabr 18:52
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
İran

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir

7 Sentyabr 14:32

Son Xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
18:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.