8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Blokadanın ləğvi bizim qəti şərtimiz idi və buna nail olduq - İran

"Anlaşma çərçivəsində Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının tamamilə aradan qaldırılması xüsusi olaraq vurğulanıb. Blokadanın ləğv edilməsi prosesin başlanğıcından bəri bizim ən mühüm şərtimiz və tələbimiz idi. Artıq rəsmi imza atılmadan öncə ABŞ tərəfindən blokada qismən aradan qaldırılıb."

16 İyun 2026 16:39
Blokadanın ləğvi bizim qəti şərtimiz idi və buna nail olduq - İran

BAKI,VOA, Fərid Mikayılov

İran ilə ABŞ arasında əldə olunmuş tarixi razılaşmanın pərdəarxası məqamları və icra prosesinin detalları məlum olub.

VOA xəbər verir ki, İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bəyan edib ki, Vaşinqton administrasiyası iki ölkə arasında iyunun 14-də əldə olunmuş rəsmi razılaşmanın (memorandumun) imzalanma mərasimindən öncə İran gəmilərinə tətbiq etdiyi dəniz blokadasını qismən ləğv edib.

Nazir müavini ABŞ ilə əldə olunan kompromisin əsas şərtlərini şərh edərək bildirib:

"Anlaşma çərçivəsində Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının tamamilə aradan qaldırılması xüsusi olaraq vurğulanıb. Blokadanın ləğv edilməsi prosesin başlanğıcından bəri bizim ən mühüm şərtimiz və tələbimiz idi. Artıq rəsmi imza atılmadan öncə ABŞ tərəfindən blokada qismən aradan qaldırılıb."

Xatırladaq ki, ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə aparılan intensiv diplomatik təmaslar və danışıqlar nəticəsində tərəflər regionda hərbi qarşıdurmalara son qoymağı hədəfləyən genişmiqyaslı memorandum üzərində tam razılığa gəliblər.

Məsələ ilə bağlı Ağ Evdən də rəsmi bəyanat gəlib. ABŞ Prezidenti Donald Tramp (Donald Trump) ölkəsinin İranla müvafiq saziş layihəsini təsdiqlədiyini və strateji əhəmiyyətli Hürmüz boğazının cümə günündən etibarən beynəlxalq gəmiçilik üçün tamamilə açıq olacağını bəyan edib. Tehran rəhbərliyi isə tarixi memorandumun rəsmi imzalama mərasiminin cümə günü İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini təsdiqləyib.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İran XİN #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.