6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ və Qətər İrana dondurulmuş vəsaitlərə çıxış imkanını müzakirə edir

ABŞ və Qətər İranın xarici ölkələrdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsindən humanitar məqsədlər üçün istifadə etməsinə imkan yaradacaq plan üzərində işləyir. Məlumata görə, təşəbbüs İran üçün ilkin maliyyə stimulu kimi nəzərdən keçirilir və yaxın aylarda Vaşinqtonla Tehran arasında aparılacaq danışıqların əsas mövzularından biri ola bilər.

20 İyun 2026 15:00
ABŞ və Qətər İrana dondurulmuş vəsaitlərə çıxış imkanını müzakirə edir

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ və Qətər İranın xarici ölkələrdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsindən humanitar məqsədlər üçün istifadə etməsinə imkan yaradacaq plan üzərində işləyir. Məlumata görə, təşəbbüs İran üçün ilkin maliyyə stimulu kimi nəzərdən keçirilir və yaxın aylarda Vaşinqtonla Tehran arasında aparılacaq danışıqların əsas mövzularından biri ola bilər.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, ABŞ və Qətər İranın xaricdə dondurulmuş milyardlarla dollar həcmində vəsaitinə müəyyən məhdudiyyətlər çərçivəsində çıxış əldə etməsini nəzərdə tutan mexanizm hazırlayır. Hazırda plan yekunlaşdırılmayıb, lakin ilkin mərhələdə Qətərdə saxlanılan 6 milyard dolların istifadəyə açılması variantı nəzərdən keçirilir.

Məlumata əsasən, İranın dünyanın müxtəlif ölkələrində dondurulmuş aktivlərinin ümumi həcmi təxminən 100 milyard dollar qiymətləndirilir. Hazırlanan sxem çərçivəsində Qətər İran Mərkəzi Bankının sifariş etdiyi ərzaq məhsulları, dərman preparatları və digər humanitar təyinatlı malların ödənişlərini həmin vəsaitlər hesabına həyata keçirə bilər.

Bildirilir ki, söhbət əsasən İran neftinin satışından əldə olunmuş, lakin beynəlxalq sanksiyalar səbəbindən xaricdə bloklanmış gəlirlərdən gedir.

Mənbələrin məlumatına görə, bu təşəbbüs ABŞ və İran arasında yaxın iki ay ərzində keçirilməsi planlaşdırılan danışıqlarda müzakirə ediləcək məsələlərdən biri olacaq. Həmin danışıqların hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı əldə edilmiş razılaşmalardan sonra başlaması gözlənilir.

İran və ABŞ arasında yeni razılaşma

İyunun 14-də İran və ABŞ Pakistanın vasitəçiliyi ilə 14 maddədən ibarət razılaşma əldə olunduğunu açıqlayıblar. Razılaşma tərəflər arasında müharibənin dayandırılmasını və mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini nəzərdə tutur.

“İslamabad Memorandumu” adlandırılan sənəd iyunun 18-də İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən məsafədən imzalandıqdan sonra qüvvəyə minib.

Memoranduma əsasən, hərbi əməliyyatlar dayandırılmalı, o cümlədən Livan istiqamətindəki qarşıdurmalara son qoyulmalı, Hörmüz boğazı yenidən beynəlxalq gəmiçilik üçün açılmalı və ABŞ tərəfindən İrana tətbiq edilən dəniz blokadası aradan qaldırılmalıdır.

Sənədin imzalanmasından sonra tərəflərin yaxın vaxtlarda İranın nüvə proqramı və sanksiyaların mərhələli şəkildə ləğvi ilə bağlı məsələləri müzakirə etmək üçün 60 günlük danışıqlar prosesinə başlaması gözlənilir. Danışıqların əsas məqsədi Tehran və Vaşinqton arasında yekun siyasi razılaşmanın əldə edilməsidir

Məqalədə: #Tehran #Vaşinqton #ABŞ - Qətər - İranı #dondurulmuş maliyyə vəsaitləri #İranın dondurulmuş maliyyə vəsaitləri

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.