6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

İran Ordusunun Baş Qərargah rəisi düşmənin heç bir strateji məqsədinə çatmadığını bildirib. O, hərbi məntiqə əsasən, təcavüzkarın yalnız öz məqsədlərinə çatdıqda qalib hesab olunduğunu, müdafiə müharibəsində isə düşmənə bu imkanı verməyən tərəfin qələbə qazandığını vurğulayıb.

29 Avqust 2026 14:18
Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

BAKI,VOA, Fərid Mikayılov

İran Ordusunun Baş Qərargah rəisi düşmənin heç bir strateji məqsədinə çatmadığını bildirib.

VOA xəbər verir ki, general-mayor Əmir Hatəmi Gilan vilayətində keçirilən anım mərasimində çıxış edərkən düşmənin hərbi əməliyyatlarda uğursuzluğa uğradığını deyib.

O, hərbi məntiqə əsasən, təcavüzkarın yalnız öz məqsədlərinə çatdıqda qalib hesab olunduğunu, müdafiə müharibəsində isə düşmənə bu imkanı verməyən tərəfin qələbə qazandığını vurğulayıb.

Hataminin sözlərinə görə, düşmən İranın raket və dron gücünü sıradan çıxarmağa çalışsa da, silahlı qüvvələrin raketləri və pilotsuz uçuş aparatları son ana qədər tam intensivliklə atılıb.

O, həmçinin İranın hava hücumundan müdafiə sistemlərinin möhkəm dayandığını, düşmənin bir çox pilotsuz və pilotlu təyyarəsini, eləcə də strateji avadanlıqlarını sıradan çıxardığını diqqətə çatdırıb.

General-mayor İran Silahlı Qüvvələrinin məhv edilməsi ilə bağlı iddiaları qətiyyətlə təkzib edib.

"Düşmən İranın silahlı qüvvələrini sıradan çıxardığını iddia edir. Lakin özləri də yaxşı bilirlər ki, ordumuz hər zaman düşmənlərə karşı nüfuz, təşəbbüs, yaradıcılıq və cəsarətlə dayanıb", — deyə o əlavə edib.

Hatəmi ölkə rəhbərliyinin ətrafında xalqın nümayiş etdirdiyi birliyi yüksək qiymətləndirib və milli həmrəyliyin gəncdən-qocaya hər gün daha da möhkəmləndiyini bildirib.

O, hökumət, parlament, məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanlarının xalqa tam gücü ilə xidmət etdiyini sözlərinə əlavə edib.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #Əmir Hatəmi #ABŞ-İran iqtisadi müharibəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.