16 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

İslam kulinariyasının Avropaya təsiri: İntibah dövrünün mətbəx inqilabı

Tədqiqatda müsəlmanların Avropa aristokratiyasının mətbəxlərinə necə daxil olduğu, ədviyyatların ticarətini və istifadəsini necə dəyişdirdiyi geniş şəkildə izah edilir.

8 İyun 2025 20:10
İslam kulinariyasının Avropaya təsiri: İntibah dövrünün mətbəx inqilabı

Bakı, AzerVoice – İntibah dövründə İslam kulinariyasının Avropa mətbəx sənətinə təsiri ilə bağlı yeni araşdırma maraqlı faktları üzə çıxarıb. Tədqiqatda müsəlmanların Avropa aristokratiyasının mətbəxlərinə necə daxil olduğu, ədviyyatların ticarətini və istifadəsini necə dəyişdirdiyi geniş şəkildə izah edilir.

Roma İmperiyasının süqutundan (eramızın V əsri) sonra Qərb dünyası sivilizasiya baxımından geriləsə də, VII əsrdə Ərəbistan yarımadasında İslam sivilizasiyasının yüksəlişi ilə yeni dövr başlandı. Ərəb imperiyasının sürətli genişlənməsi və İslamın müxtəlif xalqlar tərəfindən qəbul edilməsi nəticəsində ərəb dünyası zəngin meyvə və tərəvəz çeşidləri ilə tanış oldu.

Müsəlman aqronomlar bu bitkilərin iqlimlər arasında köçürülməsi prosesini uğurla idarə edərək, İslam Kənd Təsərrüfatı İnqilabının əsas təkanverici qüvvəsinə çevrildilər. Bu aqronomik inqilab yalnız ticarəti deyil, həm də səyahətləri, bilik və fikir mübadiləsini artıraraq Avropaya da yayıldı.

Eyni dövrdə müsəlman həkimlər yeni otlar və ədviyyatlardan istifadəni genişləndirərək həm tibbdə, həm də saray mətbəxlərində mühüm yeniliklərə imza atdılar. Məhz bu dövrdə ərəb həkimləri yeməklərin tərkibini və müalicəvi xüsusiyyətlərini diqqətlə tənzimləyərək, qidanı həm də profilaktik dərman kimi təqdim edirdilər. Onların əsərləri yalnız tibbi yox, kulinariya sənətində də inqilabi dəyişikliyə səbəb oldu.

Ən mühüm müsəlman həkimləri və əsərləri:
– Sabit ibn Qurra (836–901) – müxtəlif risalələr
– Əbu Bəkr ər-Razi (865–925) – "Əl-Havi fi ‘t-tibb"
– İbn Sina (980–1037) – "Əl-Qânûn fi ‘t-tibb"
– İbn Səid əl-Qurtubi (X əsr) – "Kitab xəlqul-canin və tədbir əl-hibələ"

Ərəb dünyasında mətbəx incəsənəti tibbi əsaslarla inkişaf edir, aşpazlar həkimlərin tövsiyələri əsasında reseptlər hazırlayırdı. Yeməklər həm ləzzətli, həm də müalicəvi xüsusiyyətlərə malik idi. Bununla da yemək mədəniyyəti xəstəliklərə qarşı profilaktik tədbir kimi qəbul edilirdi.

Ən məşhur müsəlman kulinariya kitabları:
– "Kənzul-fəvaid fi tənvi’ul-məvaid" (10-cu əsr, Misir)
– "Fəzalətul-xivan fi ətayyibət ət-təam və-‘l-əlvan" – İbn Razin Attucibi (12-ci əsr, müsəlman İspaniyası)
– "Kitab ət-təbix fi əl-Məğrib və-l-Əndəlus" (12-ci əsr, Mərakeş və müsəlman İspaniyası)
– "Kitab ət-təbix" – Məhəmməd əl-Bağdadi (13-cü əsr, İraq)
– "Kitab ət-təbix" – İbn Səyyar əl-Vərrraq (13-cü əsr, İraq)
– "Təzkirə" – Davud əl-Əntəki (13-cü əsr, Suriya)
– "Vəslə ‘l-həbib fi vəsf əl-təyyibət və-t-tibb" – İbn Adim (13-cü əsr, Suriya)

Zaman keçdikcə, əvvəllər yalnız saraylarda hazırlanan yeməklər tədricən adi xalq arasında da yayıldı. Bununla belə, bəzi yeməklər hələ də müalicəvi məqsədlə qorunub saxlanılırdı.

XIII əsrdə müsəlman tibb kitabları Avropanın Ferrara, Salerno, Montpellier və Paris kimi şəhərlərində öyrənilməyə başlandı. Bu, Avropada həkimlərin və aşpazların nüfuzunu və sərvətini artırdı. Müsəlman kulinariya sənətinin Avropa aristokratiyasında böyük heyranlıq yaratdığı, xüsusilə cənub bölgələrində (İtaliya, İspaniya və s.) salatlar, şirniyyatlar və müxtəlif yağlarla zənginləşən mətbəxin inkişafına təkan verdiyi qeyd edilir.

Avropa aristokratiyası isə əsasən ət yeməklərinə üstünlük verir, tərəvəzlərə isə xor baxırdı. Bu, gut xəstəliyinə və digər problemlərə yol açırdı. Şirniyyatların və mürəbbələrin yayılması isə qəbizlik kimi yeni xəstəliklərin yaranmasına səbəb olurdu.

Xüsusi diqqətçəkən məqamlardan biri də Avropada ərəb əsərlərinin latın dilinə tərcüməsi idi ki, bu da kulinariya və tibbdə böyük dəyişikliyə səbəb oldu. Avropa mətbəxində salat, şorba və gül suyu ilə əl yuma adəti də müsəlman kulinariyasından mənimsənmişdi.

Beləliklə, müsəlmanların ərəb-islam kulinariyası Avropa mətbəx mədəniyyətinin zənginləşməsində mühüm rol oynadı və İntibah dövründə Avropanın ən nüfuzlu saraylarının süfrələrini bəzədi.

Məqalədə: #İslam irsi #islam #İslam tarixi #İslam mədəniyyəti

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 16 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 16 sentyabr

00:01
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Tarixdə bu gün

Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu

15 Sentyabr 09:00
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Tarixdə bu gün

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi

15 Sentyabr 00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 15 sentyabr

15 Sentyabr 00:01

Son Xəbərlər

Tarixdə bu gün - 16 sentyabr
Tarixdə bu gün - 16 sentyabr
00:01
Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
15 Sentyabr 23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
15 Sentyabr 22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
15 Sentyabr 22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
15 Sentyabr 22:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.