10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir - Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova

24 Yanvar 2024 18:44
AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir - Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova

Bakı. AzerVoice:

Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə Azərbaycana qarşı öz qərəzli mövqeyini və ikili standartlarını nümayiş etdirir.

Bu barədə AzerVoice-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, açıq-aşkardır ki, müəyyən çevrələr Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və Qarabağ münaqişəsinin tənzimlənməsindən narazıdır.

"Biz yaxın gələcəkdə Ermənistanla davamlı sülhə ümid etdiyimiz halda, AŞPA müəyyən siyasi qüvvələrin təsiri altında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmək fikrində deyil. Buna necə ad verək: əməkdaşlıq, ya ikili standartlar və düşmənçilik? AŞPA bu qərarın Avropa Şurasının üzvləri arasında dialoqun sərhədlərini məhdudlaşdırdığını və tərəflərdən heç birinə yaxşı heç nə gətirmədiyini bilirmi? Yaxşı, biz AŞPA olmadan, AŞPA da biz olmadan yoluna davam edə bilər. Bəs dəyərlər və əməkdaşlıq ruhu necə olsun?", - o deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 23 illik üzvlüyü müddətində özünü demokratik dəyərlərin əsl və sadiq tərəfdarı kimi təsdiqləyərək daima özünün demokratik ölkə statusunun yüksəldilməsi yolunda irəliləməklə bağlı iradəsini nümayiş etdirib.

"Azərbaycan qanunvericiliyi Avropa Şurasının qanunvericilik aktlarına uyğundur. Bu çağırışı edənlərin səsləndirdiyi səbəblər gülünc və reallıqdan uzaqdır", - deputat son olaraq deyib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir - Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova
Məqalədə: #Sevil Mikayılova #AŞPA

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.