Bakı, AzerVoice
2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin ABŞ-a dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 33,7 milyon dollara bərabər olub2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin ABŞ-a dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 33,7 milyon dollara bərabər olub
Bu barədə AzerVoice- a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 8,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 52,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 888 milyon dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 138 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 1 milyard 589 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.