13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

“ASLANIN YÜKSƏLİŞİ” – İsrailin İrandakı kəşfiyyat çevrilişidir

15 İyun 2025 22:00
“ASLANIN YÜKSƏLİŞİ” – İsrailin İrandakı kəşfiyyat çevrilişidir

Bakı. AzerVoice:

İsrail kəşfiyyatı İranın yüksək rütbəli hərbi rəhbərlərinin yerlərini müəyyənləşdirib və onların hərəkətlərini izləyərək “Aslanın Yüksəlişi” adlı əməliyyat üçün zəmin hazırlayıb. Nəticədə SEPAH komandanı general Hüseyn Salami və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri öldürülüb. Eyni zamanda, aralarında nüvə alimi Fəreydun Abbasi Davani və Məhəmməd Mehdi Təhranci də olmaqla altı nüvə alimi hədəfə alınıb.

Bu barədə AzerVoice Arab.AZ-a istinadən xəbər verir.

Hava zərbələri və daxildən təşkil olunmuş hücumlar

Əsasən İsrail Hərbi Hava Qüvvələrinin iştirakı ilə həyata keçirilən əməliyyatın ən cəsarətli hissələri İran daxilində fəaliyyət göstərən Mossad hüceyrələri tərəfindən icra olunub. İsrail mediasına görə, Mossad komandoları İranın hava hücumundan müdafiə sistemlərinin yaxınlığında uzaqdan idarə olunan silah sistemləri yerləşdiriblər. Hava hücumu başlayarkən bu sistemlər aktivləşdirilərək İranın hava hücumundan müdafiə şəbəkəsini iflic vəziyyətə salıb.

Bundan əlavə, Mossad tərəfindən əvvəldən İrana daxil edilmiş partlayıcı yüklü pilotsuz uçuş aparatları gizli bazadan havaya buraxılıb və raket bazalarına hücum həyata keçirilib. İsrail daha sonra komando hücumlarının videolarını yayımlayaraq, İrana qarşı əməliyyatlarını açıq şəkildə nümayiş etdirdi.

Yeni döyüş doktrinası və psixoloji üstünlük

Bu addımlar İsrailin İran daxilində hərbi mövcudluğunu nümayiş etdirməklə yanaşı, psixoloji müharibə elementlərini də ön plana çəkir. Kiçik pilotsuz uçan aparatların bu səviyyədə effektiv istifadəsi, son dövrdə Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi “hörümçək şəbəkəsi” əməliyyatını xatırladır və müharibə taktikalarının dəyişdiyini göstərir.

ABŞ və İsrailin birgə strateji aldatması

Eməliyyatın öncəsi və icrası ABŞ və İsrail arasında koordinasiyalı strateji bir aldatma oyununun da baş verdiyini göstərir. ABŞ-ın İraqdakı və Körfəz ölkələrindəki səfirliklərini boşaltması, Trampın yüksək rütbəli komandanlarla Kemp-Deviddə görüşməsi və digər diplomatik siqnallar İranda yaxın hücum ehtimalı ilə bağlı çaşdırıcı təsir yaradıb. Tehran isə bu hadisələri danışıqlardan öncəki təzyiq kimi qiymətləndirərək yanlış strateji nəticələr çıxarıb.

Trampın hücumdan sonra etdiyi paylaşım da bu koordinasiyanı gücləndirir: “İrana dəfələrlə şans verdik, amma onlar razılaşmadılar. Gələcək zərbələr daha sərt olacaq. Müzakirə etməyə başlasalar yaxşı olar – hələ gec deyil.”

Regional təsirlər və enerji bazarına təsiri

Hücumun dərhal ardından Brent markalı neftin qiyməti 6%-dən çox artdı. İranın cavab olaraq Hörmüz boğazındakı gəmiləri və enerji axınını hədəf alması ehtimalı ciddi narahatlıq yaradır. Bu, yalnız ABŞ-ı deyil, enerji təchizatında İrana bağlı olan Çin kimi ölkələri də təsirləndirəcək.

İranın cavab variantları: Müharibəyəmi gedilir?

İranın mövcud şəraitdə İsraili sarsıdacaq güclü cavab verməsi çətindir. Hərbi infrastrukturun əsas hissəsi sıradan çıxarılıb, “Hizbullah” kimi müttəfiqlərinin də raket imkanları İsrailin əvvəlki zərbələri ilə məhdudlaşdırılıb. Bununla belə, İranın raket və dron imkanları hələ də mövcuddur və ABŞ-a yönəlmiş cavab ehtimalı gündəmdədir. Bu isə Tramp administrasiyasını daha genişmiqyaslı müdaxiləyə sövq edə bilər.

Geosiyasi mesaj və rejim dəyişikliyi istəyi

Əməliyyatın adı – “Aslanın Yüksəlişi” – yalnız hərbi deyil, ideoloji mesaj da verir. Bu ad, İranın şah dövrü simvollarına işarə etməklə, İsrailin məqsədinin təkcə nüvə proqramını əngəlləmək olmadığını, eyni zamanda teokratik rejimi zəiflətmək istədiyini göstərir.

Riskli mərhələ başlanır

Bu əməliyyatla Yaxın Şərqdə yeni və çox riskli bir mərhələyə qədəm qoyulub. İranın cavabı, ABŞ-ın mövqeyi və beynəlxalq ictimaiyyətin diplomatik vasitəçilik bacarığı qarşıdakı günlərdə münaqişənin genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyini müəyyən edəcək. Hazırda dünya güclərinin qarşısında duran əsas vəzifə – İranın cavab verməsini təmin edəcək, amma eskalasiyanı önləyəcək diplomatik balansın tapılmasıdır.

Məqalədə: #İran-İsrail qarşıdurması #Aslanın Yüksəlişi #Enerji bazarlarında gərginlik #İran hava hücumları #İran nüvə alimləri hədəf alındı #İranın cavabı nə olacaq #İranın strateji məğlubiyyəti #İsrail İran əməliyyatı 2025 #İsrail komando əməliyyatı #İsrailin gizli əməliyyatları #Mossad hücumları İran #SEPAH komandiri öldürüldü

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)

18:36
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətər

Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?

10:00

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.