12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ərəb ölkələrinin Qəzzanı yenidən qurmaq planı

19 Fevral 2025 13:09
Ərəb ölkələrinin Qəzzanı yenidən qurmaq planı

Bakı, AzerVoice

Ərəb ölkələri, Qəzza zolağının müharibədən sonra yenidən qurulması üçün ilkin üç il ərzində 20 milyard dollar maliyyə ayırmağı nəzərdən keçirir.

AzerVoice xəbər verir ki, bu təşəbbüs əsasən Misirin Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Qətərlə birgə hazırladığı təklifə əsaslanır.

Plan, HƏMAS-ın iştirakı olmadan Qəzzanı idarə edəcək Fələstin komitəsinin yaradılmasını və beynəlxalq tərəflərin yenidənqurma prosesinə cəlb edilməsini nəzərdə tutur.

Məlumata görə, Prezident Əbdülfəttah əs-Sisi cümə axşamından sonra Ər-Riyada səfər edəcək. Burada ərəb ölkələri ilə birlikdə Qəzzanın bərpası üçün maliyyə dəstəyinin təmin olunması məsələsini müzakirə edəcək.

Bundan əlavə, martın 4-də Qahirədə ərəb sammiti keçiriləcək. Bu sammitdən əvvəl Səudiyyə Ərəbistanında liderlər planı nəzərdən keçirib müzakirə edəcəklər. İordaniya, Misir, BƏƏ və Qətər liderlərinin gələn cümə günü Səudiyyə Ərəbistanında görüşü gözlənilir, lakin bəzi mənbələr bu tarixlərin hələ dəqiqləşmədiyini bildirir.

Həmçinin, Ərəb ölkələrinin ABŞ prezidenti Donald Trampın Qəzzaya nəzarət etmə və fələstinliləri didərgin salmaq təklifinə qarşı çıxdığı bildirilir. Trampın Qəzzadan fələstinliləri çıxarıb, onları İordaniya və Misirə yerləşdirmək və bölgəni “Yaxın Şərqin Rivierası”na çevirmək planı Misir və İordaniya tərəfindən dərhal rədd edilib.

İsrailin Xarici İşlər Naziri Gideon Saar isə bildirib ki, HƏMAS-ın Qəzzanı idarə etməyə davam etməsini nəzərdə tutan hər hansı plan “qəbuledilməz” olacaq.ər

Qeyd edək ki, BƏƏ-dən olan universitet professoru Əbdül Xaliq Abdullah, ərəb ölkələrinin Qəzzanın yenidən qurulmasına 20 milyard dollar töhfə verəcəyi halda, bunun Trampın planına təsir edə biləcəyini söyləyib.

"Tramp maliyyə əməliyyatları adamıdır. Ona görə də 20 milyard dollar onda yaxşı təəssürat yaradacaq və bir çox Amerika və İsrail şirkətlərinə fayda verəcək", - deyə Abdullah bildirib.

Bu plana dair müzakirələrin davam etdiyi və region ölkələrinin verəcəyi maliyyə töhfələrinin həcminin hələ dəqiqləşdirilmədiyi qeyd edilir. Planın üç il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə: #Qəzza zolağı #HƏMAS #Ərəb ölkələri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Yaxın Şərqdə bərpa və investisiyalar #Yaxın Şərqdə diplomatik səylər

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
Livan

İsrail Livanın cənubuna yeni zərbələr endirib

18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

18:16

Son Xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.